Məlumat xidməti üzrə kiçik mütəxəssis / Zaqatala filialı
at
Kapital Bank
Part Time
Elanın bitmə vaxtı
3 həftə sonra
Öhdəliklər: Bankın daxili qaydaları və tarifləri üzrə kreditlərin şərtləri və ödəniş qaydaları ilə bağlı müştərilərin müraciətlərini cavablandırır; Bankın daxili qayda və tariflərinə uyğun olaraq verilmiş kreditlər üzrə xidmət haqlarının tutulmasını təmin edir; Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi; Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq; Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək; Mülki Məcəlləyə uyğun olaraq müştəri hesabları üzrə ödənişlərin aparılması zamanı növbəlilik prinsiplərinə riayət edilməsini təmin etmək və məsuliyyət daşımaq; Korporativ müştəri mədəniyyəti standartlarına əməl etmək; Hеsablaşma-pul sənədlərini rəsmiləşdirərək, hеsablarda əks еtdirməklə müştərilərin şəхsi hеsablarına işləmək və s.Tələblər: Azərbaycan dilini mükəmməl bilirsiniz. İngilis və rus dillərində də sərbəst danışa bilirsizsə bu sizin üstünlüyünüzdür Ali təhsillisiniz, riyazi hesablama və analitik mühakimə etmək qabiliyyətiniz güclüdür Maliyyə təhsili və ya bank təcrübəsinin olması mütləq deyil, əla ünsiyyət bacarıqlarınızın olması və müştərilərimizə məhsullarımız haqqında ətraflı məlumat verərək müraciətlərini təlimata uyğun cavablandırmağınız mütləqdir Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyətiniz güclüdür.