Təsvir: Bankın fiziki şəxs müştərilərinə xidmət edilməsi, bank məhsulları və tarifləri haqqında müştərilərə məlumatın verilməsi, fiziki şəxs müştərilərinin cəlb edilməsi; İstehlak, ipoteka və digər kredit məhsulları üzrə mövcud şərtlərlə müştərilərin cəlb edilməsi və bununla bağlı müvafiq mütəxəssis məsləhətlərinin verilməsi; Müştərinin ödəmə qabiliyyətinin ilkin qiymətləndirilməsi; İstehlak krediti portfelinin daimi monitorinq edilməsi; İstehlak kreditləri üzrə sifarışlərin qəbul edilməsi, kreditlərin bankın daxili prosedur və qaydalarına uyğun verilməsi, habelə kredit rəsmiləşdirilməsi üçün sənədlərin toplanması; Daxili qaydalardan kənarlaşmalar olduqda müvafiq qaydada məlumatların hazırlanması və Kredit Komitəsinin müzakirəsinə çıxarılması üçün müvafiq səlahiyyətli şəxsə təqdim edilməsi; İstehlak kreditləri üzrə toplanmış sənədlərin sürətinin (skan formasında) qərarverici şəxslərə (Pərakəndə kreditlərin analizi qrupu, Risk departamentində “undewriter” və s.) göndərilməsinin təmin edilməsi; Kreditləşmə üçün sənədlərin hazırlanması və sənədlər toplusunun yoxlanılması üçün kredit inzibatçısına təqdim edilməsi; Kreditlə bağlı məlumatların bankın proqramına daxil edilməsi, müvafiq bank hesablarının açılması; Müştərilər tərəfindən təqdim edilən ödəniş sənədlərinə əsasən onların hesabları üzrə əməliyyatların həyata keçirilməsi; Müştərilərin ödəniş sənədlərinin XÖHKS, AZİPS, SWİFT sistemlərində modifikasiya edilməsi; Nağd pul üzrə mədaxil və məxaric əməliyyatının aparılması; Konvertasiya əməliyyatlarının həyata keçirilməsi; Əməliyyat və xidmət üzrə komisiyon haqlarınının tutulması; Müştərinin hesablaşma-kassa əməliyyatları haqqında məlumatlarının əməliyyat günü ərzində sistemə daxil edilməsi və müvafiq müxabirləşmələrin verilməsi; Sürətli pul köçürmələri üzrə əməliyyatların həyata keçirilməsi; Müştərilər tərəfindən daxil olan sorğuların cavablandırırılması; Müştərilərin şəxsi hesablarından çıxarışların hazırlanması; İcrası bitmiş sənədlərin arxivə təhvil verilməsi üçün tələb olunan qaydada qovluqların formalaşdırılmasının təmin edilməsi. Tələblər: Ali təhsil;  İş təcrübəsi - Bank sahəsində minimum 1 il;  Ünsiyyət qurmaq və satış bacarığı;  Riyazi biliklər;  Komandada işləmək bacarığı. Biz Sizə nə təklif edirik  Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;  Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;  Könüllü tibbi sığorta proqramına qoşulma;  Yığım sığortasına qoşulma imkanı;  Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
5 gün əvvəl
Elanın bitmə vaxtı:
3 həftə sonra
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
5+ Years
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan