Görəcəyiniz Işlər: Agile və Scrum təcrübələrini komanda işi zamanı tətbiq etmək; Sprint planlamasından təqdimata qədər komanda görüşlərinin keçirilməsini dəstəkləmək; Gündəlik görüşlərdə, müxtəlif ölçü alətlərindən istifadə edərək komandanın məqsədlərinə çatmasını və proqresini izləmək; Digər squadlar ilə qarşılıqlı əlaqələri kordinasiya etmək (məsələn rüblük görüşləri planlaşdırmaq və digər komandalarla görüşləri sinxronizasiya etmək); Digər qruplara və təşkilatın hissələrinə komanda ilə effektiv ünsiyyət və qarşılıqlı əlaqə qurmağa kömək etmək; Agile görüşlərinin və praktikalarının uyğunluğunu və tətbiqini təmin etmək, həmçinin ehtiyac yarandığı halda yeni texnikaları komandaya öyrətmək; Komanda üzvləri arasında retrospektivləri və rəy mübadiləsini asanlaşdırmaqla inamlı mühit yaratmaq və onu qorumaq; Retrospektiv görüşlərin nəticəsindən asılı olaraq, komandaların zəif və güclü tərəflərini müəyyən etmək və müvafiq kommunikasiya və tədbirlər planını hazırlamaq; Komandanın yolundakı maneələri təmizləmək (məsələn, digər Komandalardan asılılıqlar), maneələrin siyahısını saxlamaq; Komandaya scrum metodologiyası, eləcə də özünü təşkil etmə və çarpaz funksionallığın tətbiqi üzrə dəstək olmaq; Məhsulun inkişafına öz səlahiyyətləri daxilində töhfə vermək. Bizim Üçün Uyğun Namizəd: Ali təhsilə; Sahə üzrə minimum 2 il təcrübəyə; Güclü ünsiyyət bacarıqlarına; Komandaya çevik təcrübələr öyrətmək və maksimum biznes dəyərini vaxtında çatdırmaq üçün agile metodologiyaya riayət etməyi təmin etmək bacarığına; İddialı, inamlı, komandanın səsi olmaq bacarığına; Yenilikçi düşüncəni və özünü inkişaf etdirməyi təşviq etmək bacarığına; Müvafiq istiqamətlər/məhsullar/ müştəri təcrübələri haqqında biliklərə; Məhsul sahibi, proqramçı və layihə rəhbəri kimi iş təcrübəsinə ( üstünlükdür); Scrum və Agile komandalarda işləmə təcrübəsinə (böyük üstünlükdür); Agile, Scrum və Layihə idarəçiliyi üzrə müvafiq sertifikatlara (PSM, CSM, PMP, PSPO) (üstünlükdür); Maneələri müəyyən etmək, onlara proaktiv yanaşmaq, maneələri idarə etmək üçün əlaqədar təşkilatın maraqlı tərəfləri ilə əlaqə saxlamaq bacarığına; Yüksək motivasiyalı, təşəbbüskar və eyni zamanda peşəkar yanaşmalı komanda oyunçusu olan; Konstruktiv ünsiyyət və mentorluq bacarıqlarına sahib olan şəxsdir.