Xaricdə Təhsil üzrə Mütəxəssis
Academor komandamıza nəticəyönümlü, araşdırma bacarığı güclü və tələbələrlə işləməyi sevən Xaricdə Təhsil üzrə Mütəxəssis axtarırıq.
Əgər xarici universitetlər, qəbul prosesləri və təqaüdlər haqqında araşdırma aparmağı, tələbələrə düzgün istiqamət verməyi və onların xaricdə təhsil hədəflərinə çatmasına dəstək olmağı sevirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
Tələbə və valideynlərə xaricdə təhsil imkanları üzrə peşəkar konsultasiya vermək
Tələbənin akademik və şəxsi profilinə uyğun ölkə, universitet və proqramların araşdırılması və seçilməsi
Bakalavr və magistr proqramları üzrə qəbul imkanlarının araşdırılması
Təqaüd proqramlarının, qəbul şərtlərinin və deadline-ların mütəmadi araşdırılması
Tələbələr üçün uyğun təqaüd və maliyyələşmə imkanlarının müəyyənləşdirilməsi
Universitet müraciətlərinin hazırlanması və prosesin mərhələli şəkildə koordinasiyası
Tələbənin sənədlərinin toplanması, yoxlanılması və müraciət prosesinin izlənilməsi
Motivasiya məktubu, CV və digər müraciət sənədləri üzrə tələbəyə istiqamət vermək
Universitet və tələbələr arasında kommunikasiya prosesini koordinasiya etmək
Viza prosesi ilə bağlı tələbələrə ilkin istiqamətləndirmə vermək
Müraciətlərin statusunu və nəticələrini izləmək
Tələbələrin müraciət prosesi və nəticələri barədə mütəmadi hesabatlar hazırlamaq
Xaricdə təhsil, universitetlər, təqaüdlər və tələbə uğurları ilə bağlı sosial media üçün kreativ kontent ideyalarının hazırlanmasında iştirak etmək
Tələblər:
Xaricdə təhsil sahəsində minimum 2-3 il iş təcrübəsi
Xarici universitetlərə qəbul və müraciət prosesləri üzrə praktiki təcrübə
Təqaüd proqramları üzrə real təcrübə üstünlükdür
Universitet, proqram, qəbul şərtləri və təqaüdlər üzrə güclü araşdırma bacarığı
İngilis dili biliyi minimum B2 səviyyəsində
Rus dili biliyi üstünlükdür
Güclü kommunikasiya və təqdimat bacarığı
Analitik düşüncə və detallara diqqət
Yüksək məsuliyyət və təşkilatçılıq bacarığı
MS Office və Google Workspace alətlərindən istifadə bacarığı
Eyni anda bir neçə tələbənin müraciət prosesini sistemli şəkildə idarə edə bilmək
Yeni universitetlər, proqramlar, təqaüdlər və qəbul imkanlarını müstəqil şəkildə araşdırmaq bacarığı
Biz nə təklif edirik?
Full-time iş rejimi
Bakı şəhərində, müasir ofis şəraitində iş
Sabit əmək haqqı + nəticəyə əsaslanan bonus sistemi
Peşəkar inkişaf və karyera imkanları
Xaricdə təhsil və beynəlxalq qəbul sahəsində biliklərin davamlı inkişafı
Komanda daxilində təlim və mentorluq dəstəyi
Uzunmüddətli əməkdaşlıq imkanı
İşçinin peşəkar inkişafını və şəxsi professional profilini formalaşdırmasını dəstəkləyən mühit
Academor tərəfindən həyata keçirilən kontent, sosial media və reklam fəaliyyətlərində ekspert kimi təqdim olunmaq imkanı
Peşəkar nəticələrin və tələbə uğurlarının sosial media platformalarında nümayiş etdirilməsi
Mərkəzin təqdim etdiyi xidmətlərdən əməkdaşlar üçün xüsusi şərtlərlə istifadə imkanı
İş şəraiti:
İş rejimi: Full-time
İş günləri: Bazar ertəsi – Şənbə
İstirahət günü: Bazar
İş yeri: Bakı şəhəri, Caspian Plaza
Sənədləşmə: ARƏM-ə uyğun
İş formatı: Əyani
Əmək haqqı: Müsahibə zamanı namizədin təcrübə və bacarıqlarına uyğun müəyyən edilir
Bonus: Nəticələrə əsaslanan əlavə bonus sistemi
Müraciət:
Uyğun namizədlər CV-lərini hr@academor.az elektron poçt ünvanına göndərə bilərlər.
Müraciət zamanı CV-də xüsusilə aşağıdakı məlumatların qeyd olunması arzuolunandır:
Xaricdə təhsil sahəsində iş təcrübəsi
İşlənilən ölkə və universitetlər
Təqaüd proqramları üzrə təcrübə
Uğurlu tələbə müraciətləri və nəticələri
İngilis və digər xarici dil səviyyəsi
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Aylıq esasinda
Bakı, Caspian Plaza
Bakı, Caspian Plaza