UI/UX Designer junior

Şirkət: Chingizkhan Technologies
İş yeri: Sumqayıt şəhəri, Bulvar ərazisi, Bulvar Plaza
İş rejimi: Full-time, ofisdən, 5 gün
Maaş: 400–800 AZN — razılaşmağa əsasən

Biz kimik və kim axtarırıq?

Chingizkhan Technologies müxtəlif rəqəmsal məhsullar, veb platformalar və texnologiya layihələri üzərində çalışan yeni nəsil texnologiya şirkətidir. Hazırda komandamıza UI/UX Designer axtarırıq.

Bizim üçün illərin təcrübəsindən və diplomdan daha vacib olan UI/UX sahəsinə real marağın, öyrənmək istəyin və inkişaf potensialındır.

Kurs keçmisənsə, öz üzərində işləyirsənsə, şəxsi layihələr hazırlamısansa və bu sahədə peşəkarlaşmaq istəyirsənsə, müraciət edə bilərsən.

Şirkət haqqında

Şirkətimizi və komandamızı hazırda sıfırdan formalaşdırırıq. Buna görə potensialı olan, öyrənməyə açıq və bizimlə birlikdə inkişaf etmək istəyən namizədlərə üstünlük veririk. Təcrübəli namizədlər də nəzərdən keçiriləcək. Lazım olduqda komandanın inkişafı üçün mentor və peşəkar dəstək də cəlb edəcəyik.
Qeyd: Heçbir sosial şəbəkədə aktiv olaraq fəaliyyətimiz yoxdur. 

Kimə üstünlük veriləcək?

İş yerimiz Sumqayıtda olduğu üçün ilk növbədə Sumqayıtda və yaxın ərazidə yaşayanlara üstünlük veririk yol probleminə görə. Digər şəhər və rayonlardan müraciətlər də nəzərdən keçiriləcək. 

Təcrübə və təhsil

Təcrübə: Mütləq deyil. Kurslar, şəxsi layihələr, portfolio, araşdırmalar və öz üzərində işləməyin bizim üçün önəmlidir.

Təhsil: Universitet diplomu məcburi deyil. Dizayn, UI/UX, qrafik dizayn və ya IT üzrə təhsil sadəcə üstünlükdür.

Xarici dil: Məcburi deyil.

Texniki bacarıqlar

Aşağıdakıların hamısını bilməyin tələb olunmur. Bildiyin və praktik istifadə etdiyin bacarıqlar üstünlükdür:

  • Figma
  • Interactive Prototype
  • Auto Layout
  • Components & Variants
  • Design System
  • Responsive Design
  • User Flow
  • Wireframing
  • UX Research
  • Usability
  • Mobile & Web UI Design
  • Typography & Color Theory
  • Graphic Design

Bacarıq səviyyən və portfolio işlərin başlanğıc maaşının müəyyən edilməsində nəzərə alınacaq.

Bizim üçün ən vacib məsələ — yanaşmandır.

Yəni tapşırıq qarşısında “bilmirəm”, “mənim sahəm deyil”, “etməmişəm” deyib geri çəkilməyini istəmirik.

“Bilmirəm, amma öyrənəcəyəm” yanaşmasını gözləyirik.

Hər şeyi bilməyin vacib deyil. Əsas olan araşdırmaq, sual vermək, öyrənmək və problemi həll etməyə çalışmaqdır.

Sənə nə təklif edirik?

  • Stabil və uzunmüddətli iş
  • Real layihələrdə praktiki təcrübə
  • Portfolio və peşəkar inkişaf
  • Məsuliyyət və karyera artımı
  • Bacarıq və nəticələr artdıqca maaşın yenidən qiymətləndirilməsi
  • Gələcəkdə bonus və əlavə motivasiya sistemləri
  • Daha böyük və beynəlxalq layihələrdə iştirak imkanları

Məqsədimiz sadəcə işçi tapmaq deyil, uzunmüddətli peşəkar komanda qurmaqdır.

Müraciət

Əgər UI/UX sahəsində özünü görürsənsə və bizimlə birlikdə inkişaf etmək istəyirsənsə, CV + Portfolio/Figma/Behance linkini göndər.

Ünvan: Sumqayıt şəhəri, Bulvar ərazisi, Bulvar Plaza
İş rejimi: Full-time, ofisdən, 5 gün
Əlaqə: 055 - 963 22 77 (Yalnız WhatsApp vasitəsilə mesaj göndərin)

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Maaş

400 - 800 AZNAZN

Aylıq esasinda

Məkan

Sumqayıt, Bulvar küçəsi

İşə Baxış
Elan əlavə edildi:
7 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Tam ştat
İş Rolu
Təhsil
İstənilən
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Sumqayıt, Bulvar küçəsi