Təsvir

“Rabitəbank” ASC Rəqəmsal məhsulların inkişafı şöbəsində Aparıcı Uİ/UX dizayner vəzifəsinə işə qəbul elan edir.

 

Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.


Vəzifə öhdəlikləri:


  • Biznesin tələblərinə, məhsulun mövzusuna, vizyonuna uyğun dizaynların yaradılması;
  • Müştəri təcrübəsinin və tələbatlarının araşdırılması;
  • "Design Thinking" yanaşmasının tətbiq edilməsi;
  • Wireframe-lərin, prototiplərin və mock-up-ların hazırlanması;
  • İstifadəyə yararlılıq testlərinin aparılması və tətbiq edilməsi;
  • Komandada UX/UI biliklərinin artırılmasında bilavasitə rol oynamaq;
  • Məhsul keyfiyyətinin artırılması və təmini üçün proqramçı heyət ilə aktiv əməkdaşlıq.

Tələblər

  • UI/UX dizayner kimi minimum 3 (üç) il iş təcrübəsi;
  • UX dizayn prinsiplərini yüksək səviyyədə bilmək;
  • İnterfeys dizayn üzrə yüksək səviyyədə bilik;
  • Figma və FigJam alətləri ilə iş üzrə yüksək səviyyədə bilik və təcrübə;
  • UI Kit, Dizayn sistemi ilə işləmək bacarığı;
  • Komandada işləmək bacarığı.


Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Maaş

Razılaşma ilə

Aylıq esasinda

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
9 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
İş Rolu
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan