Performance Lead məhsul komandalarının effektivliyinə, dəyərin keyfiyyətli və sürətli şəkildə çatdırılmasına, həmçinin proseslərin və komanda yetkinliyinin inkişafına cavabdehdir. Bu, həm ayrı-ayrı komandalar, həm tribe-lər, həm də bütövlükdə təşkilat səviyyəsində təsir və dəyişiklik yaratma roludur.

+ ' ' +

Məhsul komandalarında Scrum Master, Agile Coach, Project Manager / IT Project Manager və ya oxşar rolda 2-3 il iş təcrübəsi;

Agile framework-lər (Scrum, Kanban, Lean və s.) üzrə dərin anlayış və praktiki iş təcrübəsi;

PSM I, PSPO I sertifikatlarının olması (Scrum.org);

Komandaların və ya tribe-lərin sıfırdan qurulması və işə salınması təcrübəsi;

Güclü fasilitasiya, mentorluq və kouçinq bacarıqları;

Əla kommunikasiya bacarıqları və stakeholder-lərlə işləmək bacarığı;

Proseslərin təkmilləşdirilməsi və optimallaşdırılması üzrə təsdiqlənmiş təcrübə;

Dəyişikliklərə uyğunlaşmağa və komandaları və təşkilatı transformasiya proseslərindən keçirməyə hazır olmaq.

+ ' ' +
  • İnkişaf imkanları;
  • Rəqabətli əmək haqqı və bonuslar;
  • Yüksək təminatlı sığorta;
  • Dəstəkləyici mühit;
  • Visa Premium əmək haqqı kartı;
  • Korporativ endirimlər;
  • Korporativ tədbirlər;
+ ' ' +

Məhsul komandalarında delivery proseslərinin keyfiyyətini və sürətini təmin etmək (əməkdaşlıq, məhsul və mühəndislik prosesləri);

Product Owner-ləri və development komandalarını discovery, delivery və backlog-un prioritetləşdirilməsi proseslərində müşayiət etmək və kouçinq etmək;

Komandanın, domenin və şirkətin kontekstini nəzərə alaraq biznes nəticələrinə nail olmaq üçün ən effektiv yanaşma və praktikaları təklif etmək;

Komandalara Definition of Done (DoD) tələblərinə uyğun, dəyər yaradan məhsul inkrementlərinin yaradılmasına fokuslanmağa kömək etmək;

Effektiv komanda əməliyyat modelinin qurulmasına, özünüidarənin və davamlı delivery ritminin inkişafına dəstək olmaq;

Proqresə və delivery sürətinə təsir edən blocker və maneələri müəyyən etmək və onların aradan qaldırılmasına kömək etmək;

Komandaların dəyişikliklərə uyğunlaşmasına və inkişaf etməsinə dəstək olaraq, komanda səviyyəsində dəyişikliklərin təşəbbüskarı kimi çıxış etmək;

Komandalar, stakeholder-lər və əlaqəli məhsul və ya platforma komandaları arasında effektiv kommunikasiya və şəffaf əməkdaşlığı təmin etmək.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Maaş

Razılaşma ilə

Aylıq esasinda

Məkan

Bakı, PBT2 (Port Baku Tower 2),

İşə Baxış
Elan əlavə edildi:
6 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
İş Rolu
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, PBT2 (Port Baku Tower 2),