Təsvir

  • Təsdiq olunmuş illik Audit Planına və Audit Komitəsinin tapşırıqlarına əsasən audit layihələrini və audit sonrası tövsiyələrin icrasına nəzarəti həyata keçirmək;
  • Yaradılmış audit qrupuna rəhbərlik etmək, qrup üzvlərinin işinə nəzarət etmək və onların fəaliyyətini qiymətləndirmək;
  • Audit layihəsi üçün iş Proqramını hazırlamaq və çatışmazlıqların aşkar edilməsi üçün müvafiq audit prosedurlarını icra etmək, audit layihələrinin nəticələri üzrə dəqiq, keyfiyyətli və effektiv hesabatlar hazırlamaq;
  • Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, daxili nəzarət və idarəetmə proseslərinin effektivliyini qiymətləndirmək;
  • Bankda mühasibat uçotunun təşkili, aparılması və maliyyə əməliyyatlarının uçotda düzgün əks olunması proseslərinin auditi və qiymətləndirilməsini aparmaq;
  • Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq hazırlanan maliyyə hesabatlarının dəqiqliyini, tamlığını və standartlara uyğunluğunu qiymətləndirmək;
  • Mərkəzi Banka və digər aidiyyəti orqanlara təqdim olunan rəsmi statistik və prudensial hesabatların doğruluğunu və tərtib olunma proseslərini qiymətləndirmək;
  • Maliyyə risklərinin (kredit, bazar, likvidlik, faiz dərəcəsi riskləri) idarə olunması və gözlənilən kredit itkilərinin hesablanması metodologiyasının və tətbiqinin effektivliyini qiymətləndirmək;
  • Azərbaycan Respublikasının Mərkəzi Bankının prudensial normativ və tələblərinə (kapital adekvatlığı, likvidlik normativləri, açıq valyuta mövqeyi, böyük risklər üzrə limitlər və s.) uyğunluğun auditini aparmaq;
  • Audit tapşırığının icrası zamanı tapıntı və müşahidələrin risk və təsirini Bankın risk qiymətləndirmə metodologiyasına uyğun olaraq dəyərləndirmək;
  • Tapıntı və müşahidələrin köklü səbəblərini (root cause) araştırmaq, məsul şəxsləri müəyyən etmək, adekvat tövsiyələr vermək və nəticələri aidiyyəti şəxslərlə kommunikasiya etmək.

Tələblər

  • Ali iqtisadi, maliyyə və mühasibatlıq üzrə təhsil;
  • Ən azı 4 ili maliyyə auditi, mühasibatlıq və ya prudensial hesabatlılıq nəzarəti sahəsində olmaqla, minimum 3 illik bank sektoru və ya böyük audit şirkətlərində (Big4) iş təcrübəsi;
  • ACCA, CFA, CPA, CIA, DipIFR və ya maliyyə/audit üzrə digər beynəlxalq peşəkar sertifikatların olması üstünlükdür;
  • Beynəlxalq Maliyyə Hesabatı Standartları və Bank Mühasibatlığı üzrə mükəmməl biliklər;
  • Azərbaycan Respublikasının Mərkəzi Bankının prudensial normativləri, təlimatları və bank qanunvericiliyi üzrə dərin biliklər;
  • Bank əməliyyat proqramları və hesabatlılıq sistemləri ilə işləmək bacarığı;
  • Yüksək analitik təfəkkür, iri həcmli məlumatların təhlili və sintetik nəticəçıxarma qabiliyyəti;
  • Yüksək kommunikasiya və təqdimat bacarığı;
  • MS Office proqramlarından (xüsusilə Excel-dən dərin səviyyədə)peşəkar istifadə bacarığı;
  • İşgüzar ezamiyyətlərdə iştirak etmək imkanı;
  • Azərbaycan dili – mükəmməl (sərbəst yazılı və şifahi), İngilis dili – işgüzar səviyyədə.

Daha çox Xidmət vakansiyaları üçün saytına keçid edin.

Maaş

Razılaşma ilə

Aylıq esasinda

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
5 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
İş Rolu
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan