Əsas vəzifələr
Tikinti və təmir işlərinin keyfiyyətinə gündəlik nəzarətin həyata keçirilməsi;
Görülən işlərin layihə, texniki şərtlər və təsdiq edilmiş standartlara uyğunluğunun yoxlanılması;
İşlərin icrası zamanı keyfiyyət tələblərinin təmin edilməsinə nəzarət;
İstifadə olunan materialların keyfiyyətinin və müvafiq sənədlərinin yoxlanılması;
Gələn materialların texniki sənədlərinin, sertifikatlarının və uyğunluq sənədlərinin yoxlanılması;
Sahədə aşkar olunan qüsur və uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılmasına nəzarət;
Keyfiyyətlə bağlı akt, hesabat, yoxlama protokolu və digər sənədlərin hazırlanması;
Görülmüş işlərin qəbul prosesində iştirak;
Subpodratçıların və işçi qruplarının yerinə yetirdiyi işlərin keyfiyyətinə nəzarət;
İşlərin gizli mərhələlərinin yoxlanılması və müvafiq aktların hazırlanmasında iştirak;
Sahə rəhbərliyi və layihə komandası ilə koordinasiyalı fəaliyyət;
Aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyə məlumat verilməsi və düzəldici tədbirlərin izlənilməsi;
Layihənin keyfiyyət planına uyğun olaraq tələb olunan sənədləşmənin aparılması.
Namizədə tələblər
İnşaat mühəndisliyi, memarlıq və ya müvafiq texniki sahə üzrə ali təhsil;
Tikinti sahəsində QC/QC Engineer/Keyfiyyətə nəzarət üzrə mütəxəssis kimi iş təcrübəsi;
Tikinti və təmir prosesləri haqqında praktiki biliklər;
Layihə çertyojlarını və texniki sənədləri oxuma bacarığı;
Tikinti materialları və onların keyfiyyət göstəriciləri barədə məlumatlılıq;
Keyfiyyət standartları və tikinti norma və qaydaları barədə bilik;
Sənədləşmə və hesabat hazırlamaq bacarığı;
MS Office proqramlarında işləmək bacarığı;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Komandada işləmək və sahədə müxtəlif tərəflərlə effektiv kommunikasiya qurmaq bacarığı.
Daha çox Müxtəlif vakansiyaları üçün saytına keçid edin.