Yelo Toys komandasına SMM / Satış Mütəxəssisi axtarılır!
📍 İş yeri: Abşeron Ticarət Mərkəzi (Qaradağ)
🧸 Sahə: Oyuncaq və uşaq məhsulları satışı
💰 Əmək haqqı: 700 AZN + Satışdan bonuslar (sınaq müddətindən sonra)
Vəzifə öhdəlikləri:
Kamera qarşısında sərbəst çıxış edərək gündəlik məhsul videoları (Reels, TikTok) çəkmək və paylaşmaq
Sosial media trendlərinə uyğun video ideyaları hazırlamaq və tətbiq etmək
Instagram, TikTok və WhatsApp üzərindən gələn mesajlara operativ cavab vermək
Müştərilərə məhsul haqqında dolğun məlumat vermək, sifarişləri rəsmiləşdirmək və satışı tamamlamaq
Tələblər:
Kamera qarşısında aktiv olmaq və üzü görünərək video çəkmək mütləqdir
Aydın diksiya, pozitiv enerji və səliqəli vizual görünüş
Sosial media platformalarından (Instagram, TikTok) peşəkar istifadə bacarığı
Müştərilərlə səlis, nəzakətli və inandırıcı ünsiyyət qurmaq qabiliyyəti
Satışa yüksək maraq, çeviklik və məsuliyyət
Oyuncaq və ya uşaq məhsulları sahəsində təcrübə üstünlükdür
📩 Müraciət üçün:
CV-nizi və əvvəl çəkdiyiniz video nümunələrini (və ya Instagram/TikTok profilinizi) hryelotoys@gmail.com ünvanına göndərin.
(Mövzu hissəsində "SMM / Satış" qeyd etməyiniz xahiş olunur)