IELTS & PRE-IELTS INSTRUCTOR
Akademik komandamıza peşəkar təlimçi axtarırıq
Hoffman Co şirkəti olaraq IELTS və Pre-IELTS proqramlarımızı daha yüksək akademik standartlara çatdırmaq üçün komandamıza **nəticəyönümlü, peşəkar və inkişafyönümlü IELTS Instructor** dəvət edirik.
Əgər siz IELTS hazırlığını yalnız test texnikalarının öyrədilməsi kimi deyil, tələbənin real akademik və kommunikativ bacarıqlarının inkişafı kimi görürsünüzsə, sizi komandamızda görmək istəyirik.
VƏZİFƏNİN ƏSAS ÖHDƏLİKLƏRİ
* IELTS Academic proqramı üzrə **Listening, Reading, Writing və Speaking** dərslərinin yüksək keyfiyyətlə keçirilməsi;
* **Pre-IELTS** tələbələri üçün səviyyəyə uyğun sistemli tədris proqramının həyata keçirilməsi;
* Tələbələrin ilkin səviyyəsinin müəyyənləşdirilməsi və fərdi inkişaf istiqamətlərinin hazırlanması;
* Dərs planlarının, praktiki tapşırıqların və əlavə tədris materiallarının hazırlanması;
* IELTS Writing Task 1 və Task 2 işlərinin yoxlanılması və **meyarlara əsaslanan detallı feedback** verilməsi;
* Speaking üzrə tələbələrin performansının qiymətləndirilməsi və inkişaf üçün konkret istiqamətlərin təqdim olunması;
* Müntəzəm **Mock IELTS / Progress Test** imtahanlarının keçirilməsi;
* Tələbələrin nəticələrinin sistemli şəkildə izlənilməsi və akademik hesabatların hazırlanması;
* Tələbələrin zəif və güclü tərəflərinin müəyyənləşdirilməsi və tədris strategiyasının buna uyğunlaşdırılması;
* Müasir IELTS resurslarından, rəqəmsal platformalardan və effektiv tədris metodlarından istifadə;
* Akademik komanda ilə əməkdaşlıq edərək kurs proqramının və tədris metodikasının inkişaf etdirilməsində iştirak.
NAMİZƏDDƏN GÖZLƏNTİLƏRİMİZ
**Mütləq tələblər:**
* İngilis dili üzrə **C1/C2 səviyyəsində** bilik;
* Minimum **IELTS 8.0** nəticəsi və ya ekvivalent dil səviyyəsini təsdiqləyən göstərici;
* IELTS hazırlığı üzrə minimum **2 il peşəkar tədris təcrübəsi**;
* IELTS imtahan formatı və qiymətləndirmə meyarlarının dərindən bilinməsi;
* IELTS-in bütün 4 komponentini tədris etmək bacarığı;
* Xüsusilə **Writing və Speaking üzrə keyfiyyətli akademik feedback** vermək bacarığı;
* Fərqli səviyyələrdə tələbələrlə işləmək və sinfi effektiv idarə etmək bacarığı;
* Dərs planlaşdırılması və tədris materiallarının hazırlanması üzrə bacarıq;
* Güclü kommunikasiya, təqdimat və interpersonal bacarıqlar;
* Məsuliyyətli, punktual, etik və nəticəyönümlü iş prinsipi.
* Tələbələrinin əldə etdiyi yüksək IELTS nəticələrini sübut edən real nəticələr.
BİZ NƏ TƏKLİF EDİRİK?
* Peşəkar və akademik yönümlü iş mühiti;
* Hazır tələbə bazası və stabil dərs yükü;
* Rəqabətqabiliyyətli əmək haqqı;
* Tədris resursları və akademik materiallarla təminat;
* Akademik proqramların hazırlanmasında aktiv iştirak imkanı;
* Uzunmüddətli əməkdaşlıq və karyera inkişafı perspektivi;
İŞ FORMATI
**İş yeri:** Bakı
**İş formatı:** Əyani / hibrid — razılaşma əsasında
**İş rejimi:** Part-time / Full-time
**Dərs formatı:** Qrup və fərdi dərslər
**Əmək haqqı:* 1700 azn
SEÇİM PROSESİ
Bizim üçün yalnız yüksək IELTS balı deyil, **real tədris bacarığı və tələbə nəticəsi yaratmaq qabiliyyəti** əsasdır.
Seçim prosesi:
**1. CV və ilkin müraciətin qiymətləndirilməsi**
↓
**2. Akademik müsahibə**
↓
**3. Demo dərs**
↓
**4. Yekun görüş və əməkdaşlıq şərtlərinin müəyyənləşdirilməsi**
Demo dərs zamanı namizədin izah etmə bacarığı, metodik yanaşması, classroom management, tələbə ilə kommunikasiya və IELTS qiymətləndirmə meyarlarından istifadə bacarığı qiymətləndiriləcək.
CV-nizi və varsa **IELTS sertifikatınızı**, həmçinin tələbələrinizin əldə etdiyi nəticələr barədə qısa məlumatı info@hoffmantrustco.com mail ünvanına göndərə bilərsiniz
Aylıq esasinda
Bakı , Azerbaijan
Bakı , Azerbaijan