Mikroservis əsaslı tətbiqlər üçün xidmət səviyyəsi göstəriciləri (SLI) və məqsədlərini (SLO) müəyyənləşdirmək və həyata keçirmək;
İnformativ panellər, metriklər və xəbərdarlıq mexanizmləri quraşdırmaq və təkmilləşdirmək;
Sistem müşahidəsini davamlı yaxşılaşdırmaq - metriklər və izləmə sistemlərini təkmilləşdirərək sistem performansına daha dərin nəzarət, problem həlli vaxtını azaltmaq və proaktiv incident aşkarlanmasına dəstək vermək;
İnfrastruktur, tətbiq və xidmət etibarlılığı üçün yüksək standartlar təyin edərək kod review vasitəsilə ən yaxşı təcrübələri irəli sürmək, mühəndisləri təlim etmək və komandalar arasında arxitektura və deployment proseslərinə təsir etmək;
Strukturlaşdırılmış növbətçilik dəstək prosesinin (On Call) inkişafına və tətbiqinə töhfə vermək;
İnsidentlər və əməliyyat anormallıqlarını araşdırmaq, həll etmək, əsas səbəb təhlili aparmaq və sonrakı təhlil prosesini həyata keçirmək;
Təkrarlanan və ya manual əməliyyat tapşırıqlarını ("toil") müəyyən etmək, səmərəlilik və etibarlılığı artırmaq üçün skriptlər və ya avtomatlaşdırma həlləri hazırlamaq;
Development, QA və Platform komandaları ilə sıx işbirliyi edərək etibarlılıq, genişlənə bilmə qabiliyyəti və təhlükəsizliyin sistem və tətbiq dizaynlarına inteqrasiya edilməsini təşviq etmək;
Yeni texnologiyaları və yenilikləri izləmək, sistem davamlılığını və əməliyyat mükəmməlliyini artıran yeni alətlər və ya yanaşmaların qəbulu üçün tövsiyələr vermək.
Bizim üçün uyğun namizəd:
Kompüter Mühəndisliyi və ya Kompüter Elmləri sahəsində ali təhsil;
Əla ünsiyyət bacarıqları;
Linux təcrübəsi və şəbəkə sistemləri ilə tanışlıq;
Python, Java və ya Go proqramlaşdırma dillərindən biri ilə təcrübə (Java üstünlükdür);
Mürəkkəb, genişmiqyaslı distributed sistemlərdə konteyner orkestrləşdirilməsi (nümunə: kubernetes), yük balanslaşdırıcıları (load balancers), verilənlər bazaları və storage sistemləri ilə tanışlıq;
Güclü problem həll etmə qabiliyyəti(troubleshooting) və mövcud problemləri həll etməyi öyrənmək istəyi olan;
Monitoring frameworklər ilə təcrübəyə malik, (OpenTelemetry üstünlükdür);
Prometheus + Thanos, Grafana Tempo, Grafana Loki ilə təcrübə (üstünlükdür);
OpenShift ilə təcrübəsi olan (üstünlükdür) şəxsdir.
Daha çox Xidmət vakansiyaları üçün saytına keçid edin.