Görəcəyiniz işlər:

  • Satınalmalar üçün istifadə olunan sistemlərdən satınalma məlumatlarının toplanması, yoxlanılması və təhlili;
  • Həftəlik, aylıq, rüblük və illik əsasda satınalmalar üzrə analitik hesabat və təqdimatların hazırlanması;
  • Satınalmalar üzrə KPI hesabatlarının və analitik dashboard-ların hazırlanması və mütəmadi yenilənməsi;
  • Hesabatlarda məlumatların dəqiqliyinin, ardıcıllığının və etibarlılığının təmin edilməsi;
  • Məlumatların yoxlanılması zamanı kənarlaşmaların və trendlərin təhlili;
  • Hesabatların avtomatlaşdırılması və proseslərin təkmilləşdirilməsi üzrə imkanların müəyyən edilməsi;
  • Bankdaxili yoxlamalar zamanı satınalma məlumatlarının təqdim edilməsi üzrə dəstəyin göstərilməsi.


Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, təchizat zəncirinin idarə edilməsi, informasiya texnologiyaları və ya oxşar sahələr üzrə təhsil üstünlükdür);
  • Azərbaycan dilini səlis bilən (ingilis və rus dilləri üstünlükdür);
  • Satınalma və analitika sahəsində minimum 1 il iş təcrübəsinə (müvafiq sertifikatların olması üstünlükdür);
  • ERP/satınalma sistemləri (SAP, Microsoft Dynamics 365, Ariba, 1C və s.) üzrə biliklərə;
  • Microsoft Excel üzrə yüksək səviyyədə biliklərə (pivot cədvəllər, formulalar, makrolar);
  • Microsoft PowerPoint, Prezi vasitəsilə təqdimat hazırlama bacarığına;
  • Qlik Sense, Power BI və ya oxşar vizual analitika alətləri ilə bağlı məlumatlılığa;
  • Dəqiqlik, diqqətlilik, məsuliyyət və analitik düşünmə qabiliyyətinə;
  • Məlumatları sadə və anlaşılan formada təqdim etmək bacarığına sahib olan şəxsdir.

Daha çox Xidmət vakansiyaları üçün saytına keçid edin.

Maaş

Razılaşma ilə

Aylıq esasinda

Məkan

Bakı , Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
9 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Tam ştat
İş Rolu
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı , Azerbaijan