Vəzifə: Satış məsləhətçisi (Nömrə satışı)
1. Vəzifə öhdəlikləri:
Mobil nömrələrin satışı və aktivləşdirilməsi
Müştərilərə məhsullar (mobil tariflər, paketlər və nömrələr) haqqında düzgün və dolğun məlumat vermək
Müştəri ehtiyaclarını təyin edərək uyğun məhsul və xidmətləri təklif etmək
Satış prosesini sistem üzrə icra etmək və gündəlik hesabatları təqdim etmək
Müştəri məmnuniyyətini təmin etmək və şirkətin imicini yüksək səviyyədə qorumaq
İş yerində məhsulların səliqəli və təmiz təqdimatını təmin etmək
2. Tələb olunan bacarıqlar:
Rus və İngilis dillərində danışıq bacarığı
Satış və müştəri xidməti sahəsində minimum 6 ay təcrübə (üstünlükdür)
Yüksək ünsiyyət qabiliyyəti
Gülərüz, enerjili və təşəbbüskar olmaq
3. İş saatları və əmək şərtləri
Əmək haqqı: 700-800 man (+bonus)
İş qrafiki: Növbəli qrafik (həftəlik 40 saat)
Ünvan: H.Əliyev adına Beynəlxalq Hava Limanı
Uyğun namizədlər cv fomalarını [email protected] poçt ünvanına mövzu hissədə “Satış məsləhətçisi (nömrə satışı)” qeyd edərək göndərə bilərlər.