Maliyyə hesabatlığı və təhlil şöbəsinin mütəxəssisi (Data Scientist)
at
ABB
Full Time
Elanın bitmə vaxtı
4 həftə sonra
Görəcəyiniz işlər:
• Bir çox mənbədən məlumatların toplanılması;
• Müxtəlif həcmdə strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumatların təhlili, emalı, modelləşdirilməsi;
• Maliyyə hesabatlarının təkmilləşdirilməsi üçün yeni modellərin hazırlanması;
• Müxtəlif maliyyə modellərin təhlil edilməsi və mövcud modellərin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
• Model performansının nəticələrinin vizuallaşdırılması və təhlili;
• Prosesləri təkmilləşdirmək üçün maşın öyrənmə modellərinin hazırlanması və tətbiqi;
• Müxtəlif vizuallaşdırılma üsullarından istifadə edərək məlumatların təqdim edilməsi;
• Modelləri əsas maraqlı tərəflərə təqdim edilməsi, anlaşılan və sadə yollarla izah edilməsi.
Bizim üçün uyğun namizəd:
• Statistika, riyaziyyat, kompüter elmləri, data science, machine learning və ya əlaqəli sahələrdə magistr və ya bakalavr dərəcəsi;
• Riyaziyyat, statistika və alqoritmlər üzrə dərin biliklər;
• Python üzrə sübut olunmuş təcrübə və inamlı biliklər;
• Əsas kitabxanalardan istifadə edərək ML sistemlərinin inkişaf etdirmə təcrübəsi;
• Əsas ML alqoritmlərini başa düşmək;
• Məlumatların ölçülərini təhlil etmək və hesablamaq təcrübəsi;
• Mürəkkəb sistemləri və texniki terminləri texniki olmayan insanlar üçün aydın, qısa şəkildə izah etmək və uyğunlaşdırmaq bacarığı;
• Texniki materialları oxumaq səviyyəsində ingilis dilini bilmək;
• Mövcud məlumatları, cədvəlləri, sorğuları, hesabatları induktiv və analitik təhlil bacarığı;
• Analitik qabiliyyət və məntiqi təfəkkür;
• Yaradıcılıq, innovasiya, problemləri həll etmə və qərar vermə bacarığına sahib;
• Əlaqəli sahədə minimum 2 il peşəkar təcrübə;
• Məlumatların təhlili və proqramlaşdırma dilləri üzrə minimum 2 il peşəkar təcrübə;
• Uyğun sahə üzrə sertifikatın olması və orta səviyyədə rus və ingilis dili biliklərinə sahib olan şəxsdir.