Maliyyə hesabatlığı və təhlil şöbəsinin mütəxəssisi (SQL developer)
at
ABB
Contractual
Elanın bitmə vaxtı
4 həftə sonra
Görəcəyiniz işlər:
Texniki tapşırıqlara əsasən verilənlər bazasında məlumatların toplanması və işlənməsi;
Texniki tapşırıqlara uyğun olaraq SQL sorğularının yazılması və müvafiq struktur bölmələrlə məlumatların dəqiqləşdirilməsi;
Böyük həcmli məlumatların analizi və transformasiyası;
Yeni statistik və analitik hesabatların tərtib olunması və mövcud hesabat sorğularının dəstəklənməsi;
Maliyyə və biznes komandaları ilə əməkdaşlıq edərək məlumat ehtiyaclarını təmin edilməsi;
Mövcud SQL sorğularında optimizasiya və dəyişikliklərin edilməsi;
SQL performansının artırılması və verilənlər bazasının effektiv işləməsinin təmin olunması;
Davamlı olaraq problem həllərinin təklif edilməsi və MIS ilə bağlı istifadəçi suallarına/problemlərinə cavab verilməsi
Bizim üçün uyğun namizəd:
Ali təhsilli (İnformasiya Texnologiyaları və ya Maliyyə istiqaməti üzrə)
Oracle SQL və PL/SQL proqramlaşdırma dilləri üzrə biliyinə malik olan;
İnduktiv və analitik təhlil etmə bacarığı malik olan;
Yaradıcılıq və innovasiya bacarığı olan;
Müvafiq sahə üzrə sertifikatlara sahib olan;
Rus və İngilis dili biliyi üstünlükdür;
Problemləri həll etmə bacarığı olan şəxsdir.