Görəcəyiniz işlər:

  • Bankın brend və məhsul kommunikasiya prioritetlərinə uyğun aylıq sosial media kontent planının hazırlanması və icrasının koordinasiyası;
  • Rəqəmsal kanallar vasitəsilə bank brendi və məhsullarının hədəf auditoriyaya çatdırılmasının təmin edilməsi;
  • Bankın sosial media hesablarının idarə olunması və inkişaf etdirilməsi;
  • Bankın korporativ və məhsul səhifələrində aidiyyəti bölmələrin mütəmadi yenilənməsi, kontentin hazırlanması və aktuallığının təmin edilməsi;
  • Bankın rəqəmsal platformalarda aktivliyinin təmin edilməsi;
  • Post planının və paylaşım təqviminin idarə olunması, kontentin vaxtında və düzgün yayımlanmasının təmin edilməsi;
  • Kreativ və rəqəmsal agentliklərlə işin koordinasiyası, kontent üzrə brief-lərin hazırlanması, təqdim olunan materialların qiymətləndirilməsi və icraya nəzarət edilməsi;
  • Sosial media kanallarının əsas performans göstəricilərinin mütəmadi izlənilməsi və təhlili, aylıq və kampaniya əsaslı hesabatların hazırlanması;
  • Sosial media və rəqəmsal trendlərin izlənilməsi, uyğun trendlərin bankın brend və məhsul kommunikasiyasına adaptasiyası üzrə təkliflərin hazırlanması;
  • Məhsul və xidmətlərin kommunikasiyası üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak;
  • SEO üzrə on-site işlərin icrası.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə (Marketinq, İqtisadiyyat, Biznesin təşkili, Reklam, Rəqəmsal Marketinq üzrə təhsil arzuolunandır);
  • Azərbaycan və ingilis dillərində yüksək səviyyədə danışıq və yazı bacarığına (rus dili arzuolunandır);
  • MS Office proqramlarında sərbəst iş bacarığına;
  • Sosial media platformaları və onların analitika alətləri ilə işləmə bacarığına;
  • Google Analytics və Google Tag Manager üzrə biliklərə;
  • Marketinq layihələrinin idarə edilməsi üzrə təcrübəyə;
  • Güclü ünsiyyət və təqdimat bacarıqlarına;
  • Analitik düşüncə və problem həll etmə qabiliyyətinə;
  • Bank sektorunda və ya bank məhsulları ilə iş təcrübəsinə (üstünlükdür);
  • DMI və ya bənzər sertifikatlara (üstünlükdür);
  • Rəqəmsal marketinq və/və ya sosial media üzrə minimum 2 il iş təcrübəsinə sahib olan şəxsdir.

Maaş

Razılaşma ilə

Aylıq esasinda

Məkan

Bakı , Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
14 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Tam ştat
İş Rolu
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı , Azerbaijan