Təsvir

· Müştərilərə Bankın məhsulları, xidmətləri və onların tarifləri, o cümlədən Bankın kampaniyaları barədə ətraflı məlumat vermək;

· “Q-matic” aparatından istifadə zamanı yaranan suallarını cavablandırmaq və onların Bank xidmətlərindən istifadə etmələrinə köməklik göstərmək;

· Filiala daxil olan sənədləri bankdaxili qaydalara uyğun olaraq qeydiyyata almaq və aidiyyəti üzrə təqdim etmək;

· Zərurət olduğu halda filialdan göndərilməsi nəzərdə tutulan sənədləri bankdaxili qaydalara uyğun olaraq qeydiyyata almaq, kuryer vasitəsilə ünvana çatdırılmasını təmin etmək;

· Filiallarda kargüzarlıq işinin təkmilləşdirilməsinə dair təkliflər vermək;

· Filial direktorunun qəbuluna gələn qonaqları müşayiət etmək;

· Filiala daxil olan zəngləri filialın aidiyyəti işçilərinə yönəltmək;

· Cari sənədlərin yığılması, saxlanılması və arxivləşdirilməsini həyata keçirmək;

· Tələb olunan hesabatları tam və vaxtında aidiyyəti üzrə göndərmək;

· Filial direktorunun ona tapşırdığı işləri yerinə yetirmək.

Tələblər

·  Ali magistr təhsili; (və ya ona bərabər tutulan təhsil səviyyəsi);

·  Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus dilini yaxşı səviyyədə bilmək arzuolunandır);

· Bu sahədə 1 (bir) ildən artıq təcrübə;

· Namizədlərin məlumatlarının 1C 8.3 versiyasında işləyə bilməsi;

· Kompüter bilikləri;

· Ofis ləvazimatları (printer, scanner, fax) ilə işləmək bacarığı;

· İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti, kollektivdə işləmək bacarığı olmalı;

· Stressə davamlılıq.

Daha çox Xidmət vakansiyaları üçün saytına keçid edin.

Maaş

Razılaşma ilə

Aylıq esasinda

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
14 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
İş Rolu
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan