Yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
Məhsulun biznes məntiqinin və back-end sisteminin dizayn olunması və proqramlaşdırılması;
Front-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən API-ların hazırlanması;
Mənbə kodlarının analizi və ehtiyaca uyğun dəyişikliklərin icra edilməsi;
Unit və inteqrasiya testlərinin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin hazırlanması;
Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;
Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması.
Bizim üçün uyğun namizəd:
Back-end proqramlaşdırma sahəsində minimum 2 illik iş təcrübəsinə;
AI-dən kod generasiyası, refaktorinq, debug, testlərin yaradılması və texniki sənədləşmə üçün effektiv istifadə bacarığına;
Backend inkişafı, arxitektura dizaynı və problemlərin həlli üçün prompt engineering prinsipləri üzrə biliyə;
GitHub Copilot, ChatGPT, Claude, Cursor və oxşar AI alətləri ilə işləmə təcrübəsinə (proqram təminatının hazırlanma prosesini sürətləndirmək üçün istifadəyə);
Java8, Java EE, Spring Boot üzrə təcrübəyə;
Versiya Kontrol Sistemləri (Git) üzrə dərin biliklərə;
RESTful API servislərin hazırlanması və istifadə olunması üzrə təcrübəyə;
Obyektyönümlü proqramlaşdırma, S.O.L.I.D prinsipləri və Design Patterns barədə dərin biliklərə;
Verilənlər bazası sistemləri üzrə təcrübə, SQL və NoSQL bazaları barədə biliklərə (PostgreSQL, MySQL, Oracle, MongoDB, Redis);
Unit, inteqrasiya və API üçün effektli testlərin yazılması biliklərinə;
Agile Scrum metodologiyası barədə məlumatlılığa;
Mikroservis arxitekturası üzrə biliklərə;
PL/SQL biliklərinə;
Güclü problem həll etmə bacarığına, mürəkkəb məlumatları emal etmək, onları aydın və sadə şəkildə təqdim etmək qabiliyyətinə sahib olan şəxsdir.