Birbankın Maliyyə Menecmenti Departamentinin Strategiya, büdcə və analitika şöbəsinin mütəxəssisi vəzifəsinə maliyyə planlaşdırılması, büdcələşdirmə və analitika sahəsində təcrübəyə, güclü analitik düşüncəyə və maliyyə modelləri ilə işləmək bacarığına malik peşəkar axtarırıq.
+ ' ' +Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
Maliyyə planlaşdırılması, büdcələşdirmə və ya maliyyə təhlili sahəsində minimum 2 il iş təcrübəsi;
Maliyyə modelləşdirilməsi və büdcə planlaşdırılması üzrə biliklər;
Yüksək səviyyədə MS Excel bilikləri;
SQL bilikləri arzuolunandır;
Yüksək səviyyədə Azərbaycan dili və ingilis dili bilikləri;
Güclü analitik düşünmə və riyazi/statistik təhlil bacarığı;
Detallara diqqət və yüksək dəqiqliklə işləmə bacarığı;
Prioritetləri düzgün müəyyən etmə və vaxtı effektiv idarə etmə bacarığı;
Komanda ilə işləmə və kommunikasiya bacarığı;
Yüksək məsuliyyətlilik və təşəbbüskarlıq;
+ ' ' +Bankın illik və çoxillik (3-5 illik) maliyyə modellərinin hazırlanmasında iştirak etmək;
Büdcə planlaşdırma prosesini idarə etmək: illik büdcəni formalaşdırmaq, icrasına nəzarət və kənarlaşmaları təhlil etmək;
Xərcləri bölüşdürülməsi (cost allocation) metodologiyalarını hazırlamaq və tətbiq etmək, o cümlədən kanallar (rəqəmsal, filial) üzrə OPEX bölgüsünü həyata keçirmək;
Aylıq-rüblük maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim olunması üçün material və analitik dəstəyi təmin etmək;
Bankın maliyyə göstəricilərini hesablamaq və təhlil etmək;
Biznes bölmələri ilə əməkdaşlıq əsasında məlumat toplamaq, fərziyyələr formalaşdırmaq və maliyyə proqnozları qurmaq;
Struktur bölmələrin fəaliyyət nəticələrinin plan-fakt təhlilini aparmaq və müvafiq tövsiyələr hazırlamaq;
Rəhbərlik üçün strateji qərarların qəbulunda dəstək məqsədilə analitik təqdimatlar hazırlamaq;
Hesabat proseslərinin avtomatlaşdırılması istiqamətində təkliflər vermək və tətbiq etmək.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.