Fəaliyyət göstəricilərinin təyini və hesabatlılığı şöbəsinə bankın strateji hədəflərinə nəzarət edəcək, bu hədəflərlə bağlı təhlillər aparacaq, müxtəlif struktur bölmələri üzrə performansın idarə edilməsində iştirak edəcək və maliyyə göstəriciləri üzrə mütəmadi təhlillər təqdim edəcək analitik düşüncəli namizəd axtarırıq!
+ ' ' +Maliyyə sahəsi üzrə ali təhsil (sonuncu kurs tələbələri və ya yeni məzunlara üstünlük verilir);
Azərbaycan dilini sərbəst, ingilis dilini orta səviyyədə bilmək (rus dili biliyi üstünlükdür);
MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
CFA və ACCA sertifikatları üstünlükdür;
Məlumatların təhlilinə maraq və analitik düşüncə tərzi;
SQL biliyi və ya öyrənməyə maraq üstünlükdür;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Komandada işləmək və ünsiyyət qurmaq bacarığı;
Yeni bilikləri tez mənimsəmək və inkişaf etməyə həvəsli olmaq.
+ ' ' +Peşəkar inkişaf: Bank sektorunda praktiki bilik və bacarıqlar qazanmaq;
Mentorluq: Təcrübəli mütəxəssislərlə işləyərək onlardan öyrənmək;
Karyera imkanı: Təcrübə müddətində uğurlu nəticə göstərən namizədlərin gələcəkdə iş imkanları ilə təmin olunması;
Şəxsi inkişaf: Analitik düşüncə, hesabatlılıq və komanda ilə işləmə bacarıqlarının gücləndirilməsi;
İş mühiti: Dostluq və dəstəkçi komanda ilə rahat iş mühiti.
+ ' ' +Bankın strateji hədəflərinin izlənilməsi və monitorinqi prosesinə dəstək göstərmək;
Struktur bölmələr üzrə performans göstəricilərinin hazırlanması və yenilənməsi prosesində iştirak etmək;
Müxtəlif struktur bölmələrinin performans göstəricilərinin təhlili üçün məlumatların toplanması və emalına dəstək vermək;
Hədəflərin müəyyənləşdirilməsi və ölçülməsi prosesində komanda üzvlərinə dəstək olmaq;
Riyazi və statistik metodlardan istifadə etməklə məlumatların təhlilində iştirak etmək;
Bankın maliyyə və performans göstəriciləri üzrə hesabatların hazırlanmasına və yenilənməsinə dəstək göstərmək;
Təhlillərin nəticələrinin təqdimat və hesabat formatına salınmasına kömək etmək;
Şöbənin gündəlik fəaliyyətlərində və digər analitik tapşırıqlarda iştirak etmək.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.