Birbankın Korporativ və təminatlı kreditlərin iş şöbəsinə problemli kreditlərlə bağlı məhkəmə və icra proseslərini idarə edən, bankı hüquqi instansiyalarda təmsil edən və icra orqanları ilə əlaqələri koordinasiya edərək qərarların vaxtında icrasını təmin edən namizəd axtarışındayıq.

+ ' ' +
  • Vətəndaş qüsursuzluğuna malik olma;
  • Təhsil: ali hüquq təhsili.
  • Təcrübə: hüquqşünaslıq sahəsində ( əsasən bank təcrübəsi) minimum 2 illik iş təcrübəsinə malik olma.
  • Komputer biliyi: Word, Excel və Internetdə işləmə bacarığı.
  • Işinə məsuliyyətlə yanaşma bacarığı.
  • Azərbaycan dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti..


+ ' ' +
  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi krediti
+ ' ' +
  • Korporativ və təminatlı kreditlər üzrə gecikmə müddətinə dair bankdaxili qaydaların tələbinə uyğun olaraq müəyyən edilmiş gündən artıq gecikməsi olan borcalanların təqibini həyata keçirir;
  • Korporativ və təminatlı kreditlər üzrə gecikmə müddətinə dair bankdaxili qaydaların tələbinə uyğun olaraq müəyyən edilmiş gündən artlıq gecikməsi olan problemli korporativ və təminatlı kreditlər üzrə borcalanlarla danışıqlar apararaq kreditlərin ödənilməsini təmin edir;
  • Korporativ və təminatlı kreditlərlə bağlı icra qeydi və iddia ərizələrini hazırlayır; Məhkəmə və hüquq-mühafizə orqanlarında Bankı təmsil edir, onun hüquqlarını və qanuni mənafeyini müdafiə edir; Bankı qane etməyən məhkəmə qərarları ilə bağlı apellyasiya şikayətləri verir, kassasiya şikayətlərinin verilməsini təmin edir;
  • Korporativ və təminatlı kreditlərlə bağlı məhkəmə və digər orqanların qərarlarının icrasını təmin edir;
  • Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
  • Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Maaş

Razılaşma ilə

Aylıq esasinda

Məkan

Bakı, Mərkəz filialı,

İşə Baxış
Elan əlavə edildi:
3 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
İş Rolu
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Mərkəz filialı,