Təsvir

  • Bank üzrə əməliyyat risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi, monitorinqi və hesabatlılığının təmin edilməsi;
  • Əməliyyat risk hadisələrinin qeydiyyatını aparmaq, təhlil etmək və əsas səbəb analizini həyata keçirmək;
  • Əsas risk indikatorlarının (KRI) hazırlanması, izlənilməsi və təhlilində iştirak etmək;
  • Yeni məhsullar, proseslər və layihələr üzrə əməliyyat risklərinin qiymətləndirilməsini həyata keçirmək;
  • Struktur bölmələrinə əməliyyat risklərinin idarə edilməsi üzrə metodoloji dəstək göstərmək və risk mədəniyyətinin inkişafına töhfə vermək;
  • Daxili normativ sənədlərin hazırlanması, yenilənməsi və tətbiqinə dəstək göstərmək;
  • Əməliyyat riskləri üzrə hesabatların hazırlanmasında iştirak etmək;
  • Risk və nəzarət üzrə özünüqiymətləndirmə (RCSA) proseslərinin təşkili və koordinasiyasını həyata keçirmək.

Tələblər

  • Maliyyə, iqtisadiyyat, bank işi və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Bank prosesləri, daxili nəzarət sistemi və risklərin idarə edilməsi prinsipləri üzrə biliklər;
  • Audit, daxili nəzarət və ya komplayns sahəsində iş təcrübəsinə üstünlük verilir;
  • Əməliyyat risklərinin idarə edilməsi metodologiyaları (RCSA, KRI, itki hadisələrinin idarə olunması və s.) üzrə biliklər;
  • Analitik düşüncə, problem həll etmə və effektiv kommunikasiya bacarıqları;
  • MS Office proqramları, xüsusilə Microsoft Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • Azərbaycan dilini səlis bilmək, ingilis və rus dillərini isə işgüzar səviyyədə bilmək üstünlükdür.

Daha çox Xidmət vakansiyaları üçün saytına keçid edin.

Maaş

Razılaşma ilə

Aylıq esasinda

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
7 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
İş Rolu
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan