Kiçik və orta sahibkarlıq bankçılığı departamentinin KOS Bakı Fillialları üzrə Satış və Əməliyyatlar | Landmark şöbəsinin Müştəri Xidmətləri qrupunun Mütəxəssisi
Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi;
Hər müştərinin tələblərinin dəqiq müəyyənləşdirilməsi və idarə olunması;
Müştərinin loyallığını qorumaq üçün müştərilər ilə müsbət münasibətlərin qurulması və saxlanılması;
Bütün kommunikasiya vasitələrindən istifadə edərək xidmətlər/məhsullarla əlaqəli lazımi addımların atılması;
Gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində, yüksək səviyyədə və təsdiq olunmuş qayda və prosedurlara uyğun icrasının təmin edilməsi;
Müştəri qeydləri və müştəriyə aid olan bütün məlumatlarının məxfiliyinin qorunması məqsədilə bütün lazımı prosedurların icrası;
İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələblərinə uyğunluğunu təmin edilməsi;
Hər hansı mümkün olan saxtakarlıq əməliyyatların aşkarlanması və aidiyyəti struktur bölmələrə yönəldilməsi;
Bank məhsuları üçün çarpaz satışın dəstəklənməsi;
Bütün müvafiq sənəd və hesabatların dəqiqliklə və razılaşdırılmış müddət çərçivəsində tamamlanması;
Həyata keçirilən əməliyyatlar üzrə sənədləşmə axınının (müştərilər haqqında məlumatlar daxil olmaqla) və təsdiq edilmiş daxili qayda və prosedurlara əsasən sənədləşmələrin arxivləşdirilməsinin təmin edilməsi;
Ehtiyac olduqda digər filialda müştəri xidmətləri işçilərinin əvəz edilməsi;
Bank məhsulları və xidmətləri, habelə bütün yeniliklər haqqında məlumatlı olmaq;
Müştəri şikayətlərinin vaxtında aşkarlanması və aidiyyəti struktur bölmələrə qeydiyyatı.
Tələblər
Təhsil səviyyəsi və istiqaməti- İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili;
İş təcrübəsi (il və/və ya sahə olaraq)- 1-3 il;
Texniki səriştələr- Müvafiq daxili siyasət və prosedurlar, Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri;
Yumşaq səriştələr-Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı;
Dil bilikləri- İngilis dili (orta səviyyədə), Rus dili (orta səviyyədə), Azərbaycan dili (yüksək səviyyədə);
Kompüter bilikləri- Microsoft Office (Excel, Word);
Digər- Güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
Daha çox Xidmət vakansiyaları üçün saytına keçid edin.