Vəzifə öhdəlikləri: Müxtəlif istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması Müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması Otellərin və digər turizm xidmətlərinin bronlaşdırılması Mövsimə və tələbə uyğun turların hazırlanması və reklam bölməsinə ötürülməsi Aylıq satış hesabatlarının hazırlanıb, rəhbərliyə təqdim edilməsi.Namizədə tələblər Tur menecer kimi turizm sahəsində ən azı 3 il iş təcrübəsinə malik olmaq Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (ingilis dilini bilənlərə üstünlük verilir) Kompüterdə işləmək bacarığı (MS Office programları, İnternet, MS Outlook, və s.) Beynəlxalq bronlama sistemlərində işləmək bacarığı; Səlis və işgüzar danışıq bacarığına malik olmaq Yüksək ünsiyyət qurma bacarığına malik olmaq Məsuliyyətli və diqqətli olmaq Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaqİş şəraiti: İş saatları: 10:00–19:00; Şənbə günü: 10:00-16:00 İstirahət günü - Bazar günüƏmək haqqı şəxsin təcrübə və bacarıqlarına görə müəyyən ediləcək + satışdan komissiya veriləcək. CV-lərinizi "Tur menecer" başlığı altında [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Göstərilən tələblərə cavab verməyən şəxslərin CV formalarına baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Daha çox Turizm və mehmanxana işi vakansiyaları isbu.az-da - Axtardığın işbu!