İş yeri: Holiday Inn Baku Hotel Ünvan: Kövkəb xanım Səfərəliyeva küçəsi, 5 Vəzifə adı: Rezervasiya üzrə agent Müvafiq bölmə: Satış və Marketinq department / Rezervasiya və Gəlirlərin idarəolunması şöbəsi İş qrafiki: Növbəli iş qrafiki, həftədə 2 gün istirahət Vəzifə öhdəlikləri: Qonaqların rezervasiya sorğularını telefon, e-mail və rezervasiya kanalları vasitəsilə qəbul etmək Rezervasiya zamanı qonaqlara otelin əsas və əlavə xidmətləri barədə dolğun və aktual məlumat vermək Rezervasiya məlumatlarını düzgün şəkildə “Hotel PMS” (Property Management System) sisteminə qeyd etmək Qonaqların məlumatlarının, otaq seçimlərinin və xüsusi tələblərinin zəruri şöbələrə çatdırılmasını təmin etmək Rezervasiyaları otel fəaliyyətinə və doluluğa uyğun təsdiq etmək, zəruri hallarda dəyişikliklər və ləğv prosedurlarını icra etmək Rezervasiyalarla bağlı qonaqların şikayət və problemlərini gecikmədən, nəzakətli və peşəkar şəkildə həll etmək Namizədə dair tələblər: Azərbaycan və İngilis dillərində səlis şifahi və yazılı ünsiyyət bacarığı Qonaqpərvərlik sənayesində iş və ya könüllülük təcrübəsi arzuolunandır Ofis proqramlarında sərbəst işləmə bacarığı OPERA PMS üzərində işləmə bacarığının olması üstünlükdür Yüksək səviyyədə ünsiyyət bacarığı Şirkət tərəfindən təminatlar: AR Əmək qanunvericiliyinə görə rəsmiləşdirmə Qidalanmanın şirkət tərəfindən qarşılanması Peşə və digər biliklərin artırılması üçün təlim proqramları Uyğun namizədlər öz “CV/Resume”-lərini mövzu hissədə “Rezervasiya üzrə agent” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.  Daha çox Turizm və mehmanxana işi vakansiyaları isbu.az-da - Axtardığın işbu!

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
3 ay əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan