Qubada yerləşən Otelə House Keeping Menecer tələb olunur. Vəzifə öhdəlikləri: Otel ərazisində yerləşən kotteclər, inzibati binalar, otel binası, restoran və digər obyektlərdə təmizlik işlərinin qurulması və icrasına nəzarət. Tabeçiliyində olan işçilər üçün səmərəli iş və istirahət qrafiklərinin hazırlanması və mütəmadi olaraq bu qrafiklərlə bağlı hesabatın Baş Menecerə təqdim edilməsi. Ümumi təmizlik və digər çatışmazlıqların həlli üçün Texniki, əməliyyat və digər şöbələrlə qarşılıqlı koordinasıyalı şəkildə işləmək, catışmazlıqlar barədə hesabatlar hazırlayıq təqdim etmək. İşçilərin hazırlıq səviyyələrini daimi nəzarətdə saxlamaq, işlərin fasiləsizliyini təmin etmək. Komanda daxilində iş bölgüsnün uyğun şəkildə təşkili. Təmizlik işlərinin və işçilərin “grooming” və geyim qaydalarının otel standarlarına uyğunluğunu daima nəzarətdə saxlamaq. Qonaqlardan və ya müxtəlif şöbələrdən gələn şikayət və təklifləri cavablamaq və müvafiq olaraq tədbirlər görmək. Tələblər: Qeyd edilən sahədə minimum 1 il iş təcrübəsi. Otel sahəsində idarəetmə təcrübəsi. Microsoft office (word, excel) proqramlarında orta səviyyədə işləmək qabiliyyəti. İş yeri Quba rayonunda yerləşir. Əmək haqqı: 1200 - 1500 azn Qalmaq üçün yer, gündə 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanır Uyğun namizədlər, CV-lərinizi [email protected] adresinə göndərə bilərsiniz
Daha çox Turizm və mehmanxana işi vakansiyaları isbu.az-da - Axtardığın işbu!