ŞİRKƏT: “Private Facility Management” MMC Vəzifə: Planlama üzrə mütəxəssis Vəzifə və Öhdəlikləri: Təchizat və istehsalat tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq tələb planlaşdırmanın həyata keçirilməsi; Xammal və material hissələrinin təslim və məhsulların satış planına uyğun olaraq sifarişlərin formalaşmasının təmin edilməsi; Hazır məhsul, xammal və material qalıqlarına istehsal və satış planı əsasında nəzarət olunması; Tələb və istehsalın aylıq plan və fakt analizinin tərtib edilməsi; Planlamanın effektivliyini təmin etmək və risklərin aradan qaldırılması məqsədilə daima müvafiq təkliflərin hazırlanıb rəhbərliyə təqdim edilməsi; Açılmış tələb və sifarişlərin qarşılanma səviyyəsinə nəzarət edilməsi; Rəhbərliyə aylıq, rüblük və illik hesabatların hazırlanıb təqdim edilməsi. TƏLƏBLƏR: Ali təhsil. İstehsalat sahəsində müvafiq vəzifədə minimum 1 il iş təcrübəsi; Material tələbat planlaması (MRP); Yüksək ünsiyyət və davranış bacarığı; Öz fikirlərini sərbəst ifadə etmək bacarığı; Komanda ilə işləmək bacarığı; Analitik və təhliletmə bacarığı; İŞ ŞƏRAİTİ: Şirkət ünvanı: Badamdar qəsəbəsi Əmək haqqı: 800-900 azn (bilik və təcrübəyə əsasən təyin olunacaq) İş qrafiki: tam iş həftəsi (5 gün) İş saatları: 09:00-18:00 İstirahət günləri: Şənbə/bazar Nahar şirkət tərəfindən verilir Müraciət forması:Qeyd olunan tələblərə cavab verən namizədlər [email protected] e-mail ünvanına və ya 0552067077 nömrəsinə “Planlama üzrə mütəxəssis” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər
Daha çox Digər vakansiyaları isbu.az-da - Axtardığın işbu!