Bizim komandamıza qoşulacaq peşəkar Psixoloq xanım axtarırıq.Əsasən, anksiyete və depressiya ilə işləyən, eləcə də Koqnitiv Davranış Terapiyası (CBT) üzrə təcrübəsi olan mütəxəssislər dəvət olunur. Psixoloji problemlərdən əziyyət çəkən insanlara səmimi qəlbdən, gülər üzlə kömək edəcək və onlar üçün can yandıracaq biri olmalıdır. Təcrübəsi az olan və bu sahəyə yeni başlayan ancaq eyni zamanda özünü inkişaf etdirməyə və öyrənməyə hər zaman həvəsli namizədlər də yararlı ola bilər. Vəzifə öhdəlikləri: Müxtəlif yaş qruplarından olan pasiyentlərlə fərdi və ya qrup terapiyası keçirmək; Pasiyentlərin emosional və psixoloji vəziyyətini qiymətləndirmək; Müvafiq terapiya metodlarını tətbiq etmək və inkişaf planları hazırlamaq; Lazım gəldikdə pasiyentləri digər mütəxəssislərə yönləndirmək. Mərkəzin təklif etdiyi seminarlarda təlimçi kimi iştirak etmək Tələblər: Psixologiya (və yaxın sahələr) üzrə ali təhsil Müvafiq iş təcrübəsi arzuolunandır Psixologiya üzrə sertifikatlar arzuolunandır Ancaq xanım namizədlər Yaş: 20-32 Rus və ingilis dillərini bilmək üstünlükdür Digər detallar: İş qrafiki: 6 günlük Əməkhaqqı: 500-700 AZN + %. İlk 3 aydan sonra maaşdan əlavə faiz bonus sisteminə keçilir Təklif edirik: Artan əmək haqqı Rahat və xoş iş mühiti; Peşəkar inkişaf və təlim imkanları; Elastik iş qrafiki. Əgər bu vakansiya ilə maraqlanırsınızsa və özünüzü uyğun görürsünüzsə, CV-nizi və motivasiya məktubunuzu email ünvanı vasitəsilə bizə göndərin.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Biz sizinlə işləməyi səbirsizliklə gözləyirik!
Daha çox Digər vakansiyaları isbu.az-da - Axtardığın işbu!