Əsas öhdəliklər: Şirkət siyasətlərinə və standart əməliyyat prosedurlarına mütəmadi olaraq riayət edilməsini təmin etmək; Təlim və inkişaf proqramlarını şirkətin prosedurlarına uyğun şəkildə təşkil və idarə etmək; Yeni işçilər üçün daxili təlim və inkişaf (L&D) proqramını idarə etmək; İşçilərin bacarıqlarını artırmaq üçün daxili təlim proqramları hazırlamaq və həyata keçirmək; Layihələrin inkişafında iştirak etmək və müəyyən edilmiş fəaliyyət planına cavabdeh olmaq; Şirkətdaxili sorğuların (engagement surevey və s.) planlaşdırılması və icrasında iştirak etmək; Şirkətin siyasət və standart əməliyyat prosedurlarına daim riayət olunmasını təmin etmək; Şirkətdaxili tədbirlərin təşkili və logistik məsələləri idarə etmək; Müxtəlif kanallardan (Teams, daxili platformalar, sosial media – LinkedIn və s.) effektiv istifadə edərək şirkətdaxili və lazım gəldikdə xarici auditoriyaya yönəldilmiş müvafiq kommunikasiyaları həyata keçirmək; Daxili kommunikasiya prosesini və platformasını inkişaf etdirmək; Soft skills və texniki təlimlər üçün iştirakçı qrupların cədvəllərini tərtib edib koordinasiya etmək; Müvafiq təlim materiallarını hazırlamaq, təqdim etmək və təlimləri həyata keçirmək; Tələb olunan bilik , bacarıqlar və təcrübə: Ali təhsil dərəcəsi-Psixologiya, Maliyyə menecment, İnsan resursları sahəsində ali təhsilə üstünlük verilir; Dil bilikləri-İngilis dili – Yaxşı, Azərbaycan dili - Ana dili, Rus dili biliyi- Yaxşı; İnsan resursları (HR) sahəsində ümumi təcrübə; Təlim və inkişaf (L&D) idarəçiliyində təcrübə; İctimai nitq və təlim keçmək sahəsində təcrübə; Daxili korporativ kommunikasiya sahəsində təcrübə və daxili kommunikasiya kanalları ilə işləmək bacarığı; Microsoft Office proqramlarında (Outlook, PowerPoint, Word və s.) işləmək bacarığı; İnsanlarla effektiv ünsiyyət və əməkdaşlıq bacarığı; Eyni anda bir neçə işi idarəetmə və vaxtı düzgün bölmə bacarığı; Təqdimat bacarıqları; Emosional zəka və uyğunlaşma qabiliyyəti; Məsuliyyətlilik, dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti; Komandada işləmə bacarığı; Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; Məntiqi və analitik düşünmə tərzi;Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.