Görəcəyiniz işlər: Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması; Pərakəndə kart biznesi sahəsi və digər tərəfdaşlarla (3-cü şəxslər) komandanın tərkibində məsələlərin müzakirə edilməsi, uyğunluğun təmin edilməsi və kənarlaşmaların aşkarlanması; Biznes proseslər, inteqrasiyalar, dəyişikliklər üzrə texniki məlumatları əks etdirən sənədlərin (istifadəçi və texniki səviyyədə) hazırlanması; Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə prosesin monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması; Dəyişiklik edilmiş Biznes prosesin əsas mühitdə istifadəyə verilmə anına qədər test prosesində komandaya, məhsul sahibinə və sifarişçi struktura dəstək verilməsi; Məhsul və ya Proses yaradılması (və ya dəyişiklik edilməsi) zamanı məlumatın report ediləcək səviyyədə saxlanılması ilə bağlı tələblərin qoyulması və bununla bağlı potensial risklərin müəyyən edilməsi; Proseslərin diaqram formasında hazırlanması. Bizim üçün uyğun namizəd: Ali təhsilə; Sahə üzrə 2 ilə qədər iş təcrübəsinə; MS Office proqramları ilə sərbəst iş bacarığına; SQL scriptlərin yazılması üzrə təcrübəsinə; Servis (MS Rest, Soap) strukturunun formalaşdırılması və testləşdirilməsi üzrə təcrübəyə; UML dioqramların üzrə təcrübəyə; Agile metodologiya üzrə təcrübəyə; JIRA, Confluence üzrə təcrübəyə; Məhsul yaradılması üzrə iş bacarığına sahib olan şəxsdir.