İş barədə məlumat Şirkətin sosial media hesablarının idarə olunması, aylıq kontent planının hazırlanması, müvafiq qrafik üzrə paylaşılması Müntəzəm olaraq foto və video çəkilişlərinin həyata keçirilməsi, Keyfiyyətli və maraqlı məzmun yaradılması və paylaşılması (mətn, şəkil, video kimi formatlarda) Müvafiq hədəf kütləsinin təyin olunması ,onların cəlbi məqsədi ilə reklam kampaniyalarının hazırlanması və effektivliyinin izlənməsi Sosial media trendlərinin izlənməsi və bu trendlərin şirkətin faydasına istifadə edilməsi. Namizəd üçün tələblər Müvafiq sahədə minimum 2 il təcrübə, Adobe Photoshop, Illustrator, Corel Draw, Cup Cut, Canva proqramlarında işləmə bacarığı; Sosial media planlama, idarəetmə və kreativ düşünmə bacarığı; Gündəmi izləmək, analiz etmək və araşdırma aparmaq qabiliyyəti; Azərbaycan dilində yüksək səviyyədə yazılı, şifahi ünsiyyət ( xarici dil biliyi üstnülükdür) İş qrafiki: 6 günlük iş qrafiki (Şənbə günü 10:00-16:00) (Nahar şirkət tərəfindən təmin olunur) Maaş : 800 AZN İş yeri: “Cənnət Bağı” Şirkətlər Qrupu Baş Ofis