Tələblər: Sosial media sahəsində biliklər; Maraqlı, kreativ video-kontent çəkmək bacarığı Azərbaycan dilini mükəmməl səviyyədə bilmək; İngilis dili və rus dilini bilmək üstünlükdür. Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı; Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik, işə yaradıcı yanaşma bacarığı; Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik; Vəzifə öhdəlikləri: Sosial media hesabları və platformaları (Instagram, TikTok) ilə işləmək; Səhifəyə gələn sorğuları cavablandırmaq Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq və idarə etmək; Potensial müştərilərə şirkətin məhsulları ilə bağlı ətraflı məlumatların verilməsi; Bütün SMM kanallarına nəzarət etmək İş şəraiti: AR Əmək Məcəlləsinə əsasən sənədləşmə və ödənişli məzuniyyət; 6 iş günü, 1 gün istirahət İş saatları: 08:30-dan - 18:00-dək - Şənbə günü 08:30-dan - 15:30-dək - İstirahət günləri: Bazar Peşəkar inkişaf və karyera yüksəlişi imkanı Əmək haqqı bilik və bacarıqlara əsasən müəyyən olunacaq Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “SMM” yazaraq [email protected] mail ünvanına göndərmələri xahiş olunur.