“Positive Psychology Center” MMC “LinkedIn Mütəxəssisi” Axtarır!Bakı şəhərində fəaliyyət göstərən Pozitiv Psixologiya Mərkəzi komandamıza LinkedIn üzrə mütəxəssis axtarır! Əgər LinkedIn platformasında peşəkar təcrübəniz varsa və səhifənin inkişafını sürətləndirə biləcəyinizə inanırsınızsa, sizi komandamıza dəvət edirik!Vəzifə öhdəlikləri:LinkedIn reklamlarının yerləşdirilməsi və idarə olunması – Hədəf auditoriyaya uyğun effektiv reklam kampaniyaları hazırlamaq;LinkedIn təhlükəsizliyinin qorunması – Hesabın təhlükəsizliyini təmin etmək və mümkün risklərə qarşı tədbirlər görmək;Səhifənin aktivliyinin artırılması – Qısa müddətdə izləyici sayını artırmaq və interaktivlik yaratmaq;Psixologiya mərkəzinin xidmətlərinin LinkedIn üzərindən tanıtımı – Təlimlər, masterklasslar və digər xidmətlər haqqında maarifləndirici məzmunlar paylaşmaq;Peşəkar kontent yaradılması – Faydalı məqalələr, postlar və vizual materiallar hazırlamaq;Şəxsi və korporativ brendinq – Mərkəzin psixoloqları və mütəxəssisləri üçün LinkedIn profillərini optimallaşdırmaq;Analiz və hesabatların hazırlanması – Kampaniyaların nəticələrini təhlil edərək inkişaf üçün yeni strategiyalar təklif etmək.Tələblər: LinkedIn reklamlarının idarə olunması üzrə təcrübə; Sosial media strategiyalarını bilmək və tətbiq etmək; Hesab təhlükəsizliyi və risklər barədə biliklərə malik olmaq; Kreativ və analitik düşünmə bacarığı; Psixologiya və şəxsi inkişaf sahəsinə maraq (üstünlükdür). Vakansiyanın tələblərinə uyğun olan namizədlər CVlərini “ LinkedIn Mütəxəssisi ” başlığı ilə  [email protected] elektron  ünvanına göndərərək vakansiyaya müraciət edə bilərlər.

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
4 gün əvvəl
Elanın bitmə vaxtı:
3 həftə sonra
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
2 Years
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan