İpoteka və mənzil kreditləri üzrə mütəxəssis – Bakı
at
ABB
Part Time
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. Görəcəyiniz işlər: Müraciət etmiş müştərilərə kredit məhsulları barədə məlumat vermək; Kredit portfelini formalaşdırmaq və idarə etmək; Müştərilərə bank məhsullarını təqdim etmək və çarpaz satışları aparmaq; Daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq; Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək; Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək; İpoteka Kreditləşməsi üzrə elektron ipoteka sistemi ilə işləmək; Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etməkdir. Bizim üçün uyğun namizəd: Ali iqtisadi təhsili olan; Yüksək satış qabiliyyəti olan; Komandada işləmək bacarığı olan; Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti olan; Riyazi hesablama aparmaq qabiliyyəti olan; İşdə dəqiqlik və detallara fikir vermək və yüksək məsuliyyət qabiliyyəti olan şəxsdir.Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.