Vakansiya: Əmək haqqı hesablanması üzrə mütəxəssis AYMAN MMC “Əmək haqqı hesablanması üzrə mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir! İşin təsviri: Aylıq işçilərin əmək haqqlarının hesablanması və ödənilməsi; Ezamiyyət, məzuniyyət və xəstəlik vərəqələrinə əsasən müvafiq hesablamaların təşkili və nəzarət edilməsi; Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün emal olunmasının təmin edilməsi; Əmək haqqına dair bütün hesablamaların aparılması və hesabatların tərtib edilməsi; Əmək haqqına dair bütün sorğuların həll edilməsi; İşçilərin əmək haqqı sorğularına vaxtında cavab vermək; İşdən azad olunan əməkdaşların son haqq-hesab ödənişlərinin həyata keçirilməsi; Sosial sığorta ayırmaları üzrə hesabatların hazırlanması və təqdim olunması; İnsan resursları ilə bağlı analitika və vizuallaşdırma prosesində iştirak.Tələblər: Maliyyə, Mühasibatlıq və əlaqəli sahə üzrə Ali təhsil Yaş: 25- 40 İş təcrübəsi: 1 ildən yuxarı Kompüter bilikləri: MS Office/Excel və Mikro proqramı Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti Microsoft Office proqramlarıda (xüsusilə Excel) praktiki olaraq yaxşı işləyə bilmək Disiplinli işləmək, diqqətlilik və dəqiqlik kimi müsbət göstəricilərə sahib olmaq Əmək məcəlləsi,Vergi məcəlləsi haqqında və aidiyyəti qanunvericiliklər haqqında biliklər.  İş şəraiti: Ofisimiz Ayna Sultanova parkının yaxınlığında yerləşir Əmək haqqı : 800-1000 (Müsahibə əsasında təyin olunacaqdır) 5 günlük iş qrafiki Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Əmək haqqı hesablanması üzrə mütəxəssis” adını mövzu hissədə qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
7 ay əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan