Əməkdaşların bağlılığı və motivasiyasının artırılması, müsbət təşkilati mədəniyyətin inkişaf etdirilməsi və bankımızın missiya və hədəfləri ilə uyğunluğunun təmin edilməsinə yönəlmiş daxili kommunikasiya və korporativ sosial məsuliyyət təşəbbüslərini idarə etmək üçün Daxili kommunikasiya şöbəmizə rəhbər axtarırıq.Öhdəliklər Daxili kommunikasiya strategiyasının hazırlanması; Daxili kommunikasiya üzrə korporativ standartların müəyyən edilməsi; Daxili kommunikasiya sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi; Daxili kommunikasiya kanallarının idarə edilməsi; Kritik məlumatlar, yenilik və elanların vaxtında əməkdaşlara paylaşılmasının təmin edilməsi; Daxili kommunikasiya kanalları və daxili kommunikasiya təşəbbüslərinin effektivliyinə nəzarət edilməsi; Bankın KSM strategiyasının hazırlanması; KSM proseslərinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi; KSM kanallarının idarə edilməsi; KSM layihələrinin yazılması və icrasına nəzarətin təşkili; KSM prosesinin davamlılığının təmin edilməsi üçün görüşlər, fokus qrupların və s. keçirilməsi; Müxtəlif layihələr və tədbirlərin təşkili; Kreativ ideyaların təklif edilməsi.Tələblər Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilirsiniz. Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya qurmaq bacarığınız var. Kommunikasiya, İctimaiyyətlə əlaqələr, Jurnalistika, Beynəlxalq əlaqələr və ya əlaqəli istiqamətlər üzrə ali təhsil almısınız. Daxili kommunikasiya, korporativ kommunikasiya, KSM layihələrinin həyata keçirilməsi və ya əlaqəli rollarda ümumi 5 il, rəhbər vəzifədə minimum 3 il təcrübəniz var. Güclü layihə idarəetmə bacarıqları və çoxsaylı tapşırıqları və son tarixləri idarə etmək bacarığınız var. Təşkilati dinamika, dəyişikliklərin idarə edilməsi və əməkdaşların bağlılığının artırılma prinsiplərini yaxşı anlayırsınız. Güclü idarəetmə, komanda işi və təşkilatın bütün səviyyələrində əlaqələr qurmaq bacarıqlarınız var. Yüksək motivasiyalısınız, insanlara təsir edə və onları inandıra bilirsiniz. İşə qəbul prosesi  Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:  CV yoxlanışı Müsahibə Profil testi Bar Raiser müsahibəsi Bizimlə işləməyin üstünlükləri Biz müştərilərimizə dəyər veririk və onların ehtiyacları, vərdişləri və gözləntilərinə diqqət yetiririk. Multikultural mühit: biz xarici həmkarlarımızın fikirləri və təcrübələrini qiymətləndiririk. Biz açıqlıq, inklüzivlik və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk. Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı. Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik. Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası. Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var. Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin. Namizədlər üçün sosial media bağlantılarıŞirkət, Mədəniyyət, Dəyərlər, Gündəlik Iş Və Atmosfer Haqqında Daha Çox Öyrənə Biləcəyiniz Yer

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
8 ay əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan