Şöbə: Qida və İçkiVəzifə: BarmenŞirkət: Courtyard by Marriott BakuÜnvan: Füzuli və Ə. Topçubaşov küçələrin kəsişməsi, 300-303 İşin təsviri: Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və İaşə şöbəsi üçün müəyyən edilmiş xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək. İaşə şöbəsinin menyusunda olan içkilər haqqında məlumatlı olmaq. İaşə şöbəsini istismar üçün hazırlamaq, o cümlədən ətrafın bəzədilməsi, bədii tərtibat və masaların qurulması, yüngül təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək. Qonaqların içki sifarişlərini qəbul etmək, mümkün olduqda, müşayiətedici məhsullar (xidmətlər) satmaq. İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək. İçkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək. Restoranın açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda, çeviklik nümayiş etdirmək. Hər zaman təyin edilmiş ərazini / bölməni təmiz və səliqəli saxlamaq. Şirkətin bütün minimal brend standartlarının icra edilməsini təmin etmək və müvafiq sayıldıqda, digər brend standartlarının icra olunmasını təmin etmək. Namizədə olan tələblər: Ofisiant kimi 1-2 il iş təcrübəsinə malik olmaq; Müxtəlif iş qrafiklərində işləmək bacarığı; Azərbaycan, İngilis və Rus dillərin şifahi ünsiyyət qabiliyyətinə malik olmaq; Komandada işləmək bacarığı, gülərüzlü olmaq.Son tarix: 28 noyabr 2024Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Barman” və ya “Barmen” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına 28.11.2024-dək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.