Şirkətin fəaliyyət istiqaməti (Maliyyə, Mühasibatlıq, Audit, İnsan resursları, Hüquq və s.) ilə əlaqədar xidmətlərin satış planının və strategiyasının hazırlanması; Bazar araşdırmalarının aparılması, müştəri bazasının formalaşdırılması; Satış planı ilə bağlı təqdimatların hazırlanması; Bakı şəhəri və rayonlara işgüzar səfərlərin planlaşdırılması və icrası; Yeni müştərilərin cəlb edilməsi, müştərilərə xidmətlərlə bağlı ətraflı məlumatın verilməsi; Satışı olan hər bir xidmət üzrə hesabatların hazırlanması və mütəmadi olaraq rəhbərliyə təqdim edilməsi; Rəhbərliyin işlə bağlı tapşırıqlarının vaxtında icra edilməsi.