Bankın yüksək likvidli və cari öhdəliklərinə nəzarət etmək, ani likvidlik hesabatlarının hazırlayıb rəhbərliyə və Mərkəzi Banka təqdim edilməsi;
Bankın cəlb edilmiş və yerləşdirilmiş vəsaitlər üzrə gəlirlilik faizlərinin hesablayıb təhlil etmək;
“GAP” analizi və bankın uzunmüddətli likvidlik proqnozlarını hazırlamaq;
Kapitalın səmərəli idarə edilməsinin təmin olunması;
Aktivlər və Passivlərin idarə edilməsi komitəsinə və rəhbərliyə təqdim etmək üçün tələb olunan hesabatları hazırlamaq;
Aktiv və Passivlərin İdarəedilməsi üzrə daxili qaydalar, metodologiyaların hazırlanmasında iştirak etmək və onların bankın strateji məqsədlərinə uyğun şəkildə tətbiqini təmin etmək;
Rəhbərliyin tələblərinə uyğun olaraq digər hesabat və təhlillər aparmaq;
Tələblər
İqtisadiyyat, maliyyə və risklərin idarə edilməsi istiqaməti üzrə ali magistr təhsili;
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilən namizədlərə üstünlük veriləcək);
Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
Kompüter bilikləri (MS Excel yüksək səviyyədə);
Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
Riyazi hesablama aparmaq qabiliyyəti;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti