Təsvir

  • Kredit qərarlarının bankın kredit siyasətinə və risklərin idarə edilməsi çərçivəsinə uyğunluğunu təmin etmək üçün Müştəri Menecerləri, Kredit Riskinin Anderraytinqi və Risklərin İdarəedilməsi komandaları ilə əməkdaşlıq etmək;
  • Müştərilərin gələcək maliyyə performansını və borc tutumunu proqnozlaşdırmaq üçün nağd pul axını (cash flow) modellərini və DCF qiymətləndirmələrini hazırlamaq;
  • Müştərilərin kredit qabiliyyətini, maliyyə hesabatlarını (Balans, M&Z, Nağd pul axını), kredit tarixçələrini və sənaye trendlərini təhlil etmək, daxili risk reytinqlərini (grading) təyin etmək;
  • Təyin olunmuş müştəri portfelinin maliyyə vəziyyətini, likvidlik göstəricilərini və kovenantlara əməl olunmasını davamlı izləmək;
  • Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və müstəqil olaraq kredit strukturu və müştəriyə uyğun optimal məhsul qarışığına qərar verilməsinə dəstək olmaq;
  • Bazar trendlərini, iqtisadi mühit dəyişikliklərini və qanunvericilik tələblərini izləyərək erkən xəbərdarlıq (early-warning) siqnallarını müəyyən etmək;
  • Agile yanaşma ilə çalışan sənaye qruplarında (squad) aktiv iştirak etmək və müəyyən edilmiş hədəflərə birgə nail olmaq;
  • Kredit risk anderraytinqi və sonrakı mərhələlərdə müvafiq komitələrdə təsdiqini tapmaq üçün limitlər və kredit təkliflərini hazırlayıb Kredit Komitəsinə təqdim etmək;
  • Şöbədaxili proseslərin təkmilləşdirilməsi və əməliyyat səmərəliliyinin artırılması üçün SQL, Power BI və AI/LLM əsaslı layihələrin hazırlanmasında və tətbiqində proaktiv iştirak etmək;
  • Baş Kredit Analitikinə analitik dəstək göstərmək, məlumatların toplanmasında və ilkin hesabatların hazırlanmasında iştirak etmək;
  • Kredit və limitlərin öncədən təyin edilmiş limitlər və məqsədlər çərçivəsində istifadəsinə nəzarət etmək və müştərilərə verilən limitlərin vaxtında yenilənməsini təmin etmək;
  • Kredit müqavilələri və digər bank məhsulları üzrə hüquqi sənədləşməni nəzərdən keçirmək, bütün fəaliyyətin KYC və Komplayns qaydalarına uyğunluğunu təmin etmək;
  • Bankın maraqlarını üstün tutmaq, komplayns siyasəti və etik davranış qaydalarına riayət etmək;
  • Bankın Təşkilati Risklərin İdarəedilməsi siyasətinə əməl etmək, iş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib lazımi addımları atmaq.


Tələblər

  • Maliyyə, İqtisadiyyat və ya əlaqəli ixtisaslar üzrə bakalavr və ya magistr təhsili;
  • Bank, kredit təhlili və ya maliyyə sahəsində 2+ il iş təcrübəsi;
  • IFRS, xüsusilə IFRS 9, maliyyə hesabatlarının təhlili və maliyyə modelləşdirilməsi (Cash Flow, DCF) üzrə biliklər;
  • CFA sertifikatı və ya CFA proqramında iştirak üstünlükdür;
  • Azərbaycan, ingilis dillərində yaxşı səviyyədə ünsiyyət bacarığı; rus dili arzuolunandır;
  • MS Excel üzrə yüksək səviyyədə bilik; SQL və Power BI üstünlükdür;
  • Bank məhsulları, Azərbaycan bank sektoru və CBAR tələbləri üzrə məlumatlılıq;
  • Güclü analitik düşüncə, detallara diqqət, komanda ilə işləmək və yüksək məsuliyyət hissi.



Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Maaş

Razılaşma ilə

Aylıq esasinda

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
10 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
İş Rolu
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan