Biz kimik? Knight Academy - Bakıda sürətlə böyüyən ingilis dili və xaricdə təhsil mərkəzidir. IELTS, Alman dili, General English və peşəkar xidmətlərimizlə tələbələrimizə dünyada öz yollarını tapmaqda kömək edirik. Komandamız kiçikdir, lakin hər addımda keyfiyyəti ön plana çəkirik. İndi xaricdə təhsil bölməmizi genişləndiririk və bu missiyaya inamlı bir peşəkar axtarırıq. Sizi nə gözləyir? Bu sadə bir ofis vəzifəsi deyil. Siz Knight Academy-nin xaricdə təhsil istiqamətinin əsas sütunu olacaqsınız. Tələbələrin həyatında real dəyişiklik yaradan qərarlar qəbul edəcəksiniz, hansı universitetə, hansı ölkəyə, hansı proqrama. Çin, Kanda, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Macarıstan, Türkiyə, Böyük Britaniya və digər istiqamətlər üzrə tələbə axınını siz idarə edəcəksiniz. Nəticəyə görə mükafatlandırılacaqsınız. Vəzifə öhdəlikləri Tələbələrə xaricdə təhsil imkanları barədə peşəkar məsləhət vermək (ölkə, universitet, proqram, xərc) Hər tələbə üçün fərdi plan hazırlamaq: müraciət müddətləri, tələb olunan sənədlər, müsahibəyə hazırlıq Müraciət prosesini başdan sona koordinasiya etmək (sənədlərin yığılması, ərizənin göndərilməsi, nəticənin izlənməsi) Tərəfdaş xarici müəssisələr və sub-agent şirkətlərlə daimi əlaqə saxlamaq Yeni xarici tərəfdaşlarla birbaşa əməkdaşlıq müzakirəsi aparmaq Tələbə bazasını aktual saxlamaq, həftəlik hesabat hazırlamaq Tələblər Xaricdə təhsil, tələbə yerləşdirmə və ya beynəlxalq təhsil sahəsində minimum 1 il iş təcrübəsi Azərbaycan dili — ana dili; ingilis dili — B2 və yuxarı Tələbə ilə də, xarici tərəfdaşla da eyni səviyyədə ünsiyyət qura bilmək Müddətlərə riayət, öhdəlikləri yerinə yetirmə Yüksək empati və məsuliyyət hissi: tələbənin uğuru sizin uğurunuzdur Əlavə üstünlük: Macarıstan (Stipendium Hungaricum), Türkiyə, Gürcüstan, Çexiya və ya Böyük Britaniya istiqamətlərində təcrübə; viza prosedurları ilə tanışlıq; sosial media vasitəsilə tələbə cəlbi; rus dili bilikləri. Biz nə təklif edirik? Rəqabətli sabit maaş — təcrübəyə uyğun, müsahibədə razılaşdırılır  Komissiya sistemi — hər uğurlu yerləşdirmə üçün əlavə ödəniş  Real karyera imkanı — siz bu bölməni sıfırdan qurursunuz; böyümə üçün tam meydan açıqdır  Beynəlxalq şəbəkə — dünya universitetləri və müəssisələri ilə birbaşa işləmək imkanı  Sağlam iş mühiti — biz bir-birinə hörmət edən, dəstəkləyən və nəticəyə birlikdə çatan komandayıq. Burada toksik mühit yox, aydın hədəflər, qarşılıqlı inam və peşəkar inkişaf var  Əlverişli məkan — Xətai metrosu və Dəmirçi Plazanın yanında, hər yerdən asanlıqla çatmaq mümkündür Yalnız ciddi namizədlər dəvət olunur. Bütün müraciətlər məxfi saxlanılır.

Maaş

Razılaşma ilə Sabit maaş + Bonus sistemi

Aylıq esasinda

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
1 gün əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Yarı ştat
İş Rolu
Digər
Təhsil
İstənilən
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan