Vəzifə öhdəlikləri:
Filialın daxili fəaliyyətlərinin gündəlik olaraq tənzimlənməsi
Tədris və iş keyfiyyətinin ölçülməsi və yüksəldilməsi istiqamətində təşəbbüslər irəli sürmək
Müəllim heyətinin fəaliyyətinə nəzarət və lazımı hallarda koordinasiya etmək
Şikayət və narazılıqların qəbul edilməsi, operativ şəkildə araşdırılması və həllinin təmin edilməsi
Gündəlik və aylıq satış, qeydiyyat və müraciətlər üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
Komandanın motivasiyası və peşəkar inkişafı üçün seminar, təlim və inkişaf proqramlarının təşkili
Tələblər:
Ali təhsil (Magistratura təhsili üstünlük sayılır)
Yaş həddi: 27-45 yaş
Təhsil sahəsində minimum 2 il təcrübə
İdarəçilik sahəsində minimum 1 il təcrübə mütləqdir
Komandada işləmək bacarığı
Təşkilatçılıq və analiz etmək bacarığı
Microsoft Office proqramları ilə sərbəst işləmə bacarığı
Karyera imkanları və təminatlar:
Korporativ nömrə və telefon təmin olunur
Şirkət əmək münasibətləri çərçivəsində artan əmək haqqı və karyera inkişafı imkanı yaradır
Əmək şəraiti:
Ünvan: Göyçay şəhəri
Əmək haqqı: Razılaşma yolu ilə
İş günləri: Həftə içi 5 gün, şənbə günü isə qısaldılmış iş günü
Sənədləşmə: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə aparılır
Gizlilik təminatı:
Şirkətə müraciət edən namizədlərin fərdi məlumatları və müraciətləri 3-cü şəxslərlə paylaşılmır
Müraciət qaydaları:
Vakansiyaya uyğun namizədlər aşağıdakı “Müraciət et” düyməsi vasitəsilə və ya hr@educompany.az e-mail ünvanına CV göndərməklə müraciət edə bilərlər
Yalnız tələblərə cavab verən namizədlərlə 3 iş günü ərzində əlaqə saxlanılacaq
Son müraciət tarixi: 15.05.2026