Birbankın Xaçmaz filialında Mikro kreditlər bölməsinin kiçik mütəxəssisi vəzifəsi üzrə mövcud və potensial müştərilərlə işləyərək bank məhsullarını təqdim edəcək, müştəri ehtiyaclarını analiz edəcək, portfeli idarə edəcək və maliyyə məsləhətləri verə biləcək namizədlər axtarışındayıq.
· Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirir;
· Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat verir;
· Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparır;
· Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri verir;
· Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlayır;
· Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra edir;
· İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin edir;
· Görülmüş işlər üzrə hesabatlar verir.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.