Strateji planın icrasına nəzarət şöbəsində Biznes Analitik - Strateji İnkişaf və Layihələrin İdarə Olunması Departamenti
at
ATB Bank
Elanın bitmə vaxtı
4 həftə sonra
Təsvir
Gəlir və xərclərin proqnozu, hesablanması, analizi;
Hesabatlılığın aparılması;
KPİ-ların hesablanması və qoyulması;
Şərtlərin biznes məqsədlərinə uyğun formalaşdırılması, dəyişdirilməsi və razılaşdırılması;
Hesabatlılıq tələblərinin formalaşdırılması və aidiyyatı şəxslərlə razılaşdırılması;
Maliyə modellərinin hazırlanması;
Maliyyə və biznes keyslərin maraqlı tərəflərlə (məsələn: maliyyə, risk, hüquq strukturları) müzakirəsi və razılaşdırılması;
Müştəri bazası üzərindən hədəf seqmentlərin müəyyən edilməsi;
Yeni biznes imkanlarının və yollarının araşdırılması, yeni təkliflərin və ideyaların formalaşdırılması;
Maliyyə və Fintech bazarlarında baş verənlərin izlənilməsi;
Məhsul, müştəri (fiziki və hüquqi), proses və sistem ilə bağlı məlumatların SQL, Python və digər alətlərlə (proqramlaşdırma dilləri ilə) emalı, çıxarılması, aqreqatlaşdırılması, təmizlənməsi, düzəldilməsi, keyfiyyət monitorinqinin aparılması, sorğuların optimallaşdırılması;
Yuxarıda sadalanan məlumatlar əsasında biznesdə maraqlı tərəflər üçün yararlı təhlillərin, nəticələrin çıxarılması;
Standard və qeyri-standart (ad-hoc) hesabatlılığın Excel, Tableau kimi alətlər vasitəsi ilə təmin olunması;
Qabaqcıl analitikanın aparılması;
Python və digər alətlər (Dataiku məsələn) vasitəsi ilə prediktiv (statistik) modellərin qurulması;
İnsiatoru olduğu, istifadə etdiyi modeller varsa cavabdehlik daşımalı;
Əmək müqaviləsi, struktur bölmənin əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili hüquqi aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etməli.
Tələblər
Azərbaycan dilini mükəmməl bilmək (ingilis dili biliyi arzuolunandır);
Maliyyə, iqtisadiyyat və ya biznes üzrə ali təhsil;
Bank və ya maliyyə sektorunda minimum 3 il müvafiq iş təcrübəsi;
Strateji planlaşdırma, büdcələmə və maliyyə proqnozlaşdırılması sahəsində biliklər;
Seqment, məhsul və kanallar üzrə rentabellik analizlərinin aparılması;
KPI-ların strateji hədəflərlə uyğunlaşdırılması və performans təhlili;
Alternativ inkişaf ssenarilərinin modelləşdirilməsi;
Güclü analitik düşüncə və biznes yanaşması;
Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması;
Microsoft Excel və Microsoft PowerPoint proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
Vizualizasiya alətləri (Tableau, Power BI və s.) üzrə biliklər;
Ünsiyyət və komandada işləmək bacarığı;
Məsuliyyətli, diqqətli olmaq;
Gərgin iş şəraitində effektiv işləmə bacarığı.
Daha çox Xidmət vakansiyaları üçün saytına keçid edin.