Təcrübəçi Qrafik Dizayner axtarılır
VR Media Marketinq komandası 2 aylıq ödənişli təcrübə proqramı (biz tərəfdən verilir məbləğ) üçün qrafik dizayner axtarır.
Təcrübə müddətini uğurla tamamlayan namizədin komandamızda daimi işlə təmin olunmaq imkanı olacaq.
Namizədə tələblər:
— Dizayn kursunu bitirmiş və ya bu sahədə özünü inkişaf etdirən olmalı
— Hazırladığı işlərdən ibarət portfolio təqdim etməli
— Photoshop, Illustrator və Canva proqramlarında işləməyi bacarmalı
— Sosial media postları, story dizaynları, reklam bannerləri və sadə korporativ materiallar hazırlamağa maraqlı olmalı
— Verilən brief-i düzgün anlayıb dizayna çevirməyi bacarmalı
— Sürətli, məsuliyyətli və öyrənməyə açıq olmalı
Üstünlükdür:
— ChatGPT, Gemini və digər AI alətlərindən ilkin səviyyədə istifadə bacarığı
— Reklam və sosial media dizayn trendlərinə maraq
İş barədə:
— Gündəlik veriləcək brief-lər əsasında dizaynların hazırlanması
— Sosial media, reklam və brend materialları üzərində komanda ilə birlikdə işləmək
— Hazırlanan dizaynlara verilən düzəlişləri vaxtında icra etmək
Təcrübə müddəti: 2 ay
Format: Ödənişli təcrübə proqramı
Təcrübə müddətində iş qrafiki: Həftənin 5 günü, 10:00–18:00
İş yeri: Ofisdən
Şənbə günü yalnız çox təcili iş olduğu halda evdən 11:00–15:00 arası dəstək tələb oluna bilər.
Uyğun namizədlər CV və portfoliolarını info@vrproduction.az ünvanına göndərə bilərlər.