Vakansiya: Satıcı-Məsləhətçi (Xanım)
Şirkət: "Tiglon Store" (Kişi geyimi və ayaqqabı mağazası)
Ünvan: Bakı ş., "28 May" metrosu, Nikola Tesla parkı
İşin təsviri:
"Tiglon Store" mağazasına müştərilərə yüksək səviyyədə xidmət göstərəcək, geyim sektorunda peşəkar karyera hədəfləyən, geniş dünyagörüşünə malik və kübar satıcı-məsləhətçi xanım tələb olunur.
Namizədə dair tələblər:
Yaş həddi: 25 – 30 yaş;
İş keçmişi: Pərakəndə satış (geyim/ayaqqabı) sahəsində minimum 1-3 il uğurlu fəaliyyət tarixi (bu şərt mütləqdir);
Dil bilikləri: Rus və İngilis dillərində yüksək səviyyədə, səlis danışıq qabiliyyəti;
Ünsiyyət bacarıqları: Yüksək nitq mədəniyyəti, müştəriyönümlü yanaşma və inandırma qabiliyyəti;
Şəxsi keyfiyyətlər: Kollektivdə işləmək bacarığı, məsuliyyətlilik, operativlik və punktuallıq.
Vəzifə öhdəlikləri:
Mağazaya daxil olan müştərilərin qarşılanması və korporativ xidmət standartlarına uyğun vizual və şifahi köməkliyin göstərilməsi;
Məhsulların çeşidləri, keyfiyyəti və qiymətləri barədə müştərilərə dolğun və peşəkar məlumatın verilməsi;
Satış hədəflərinin yerinə yetirilməsi;
Mağaza daxili nizam-intizama, təmizliyə və məhsulların vitrin səliqəsinə ciddi riayət olunması.
Daha çox Satış vakansiyaları üçün saytına keçid edin.