PeakPin — Yeni fəaliyyətə başlayan geolokasiya əsaslı mobil platformadır: ətrafdakı insanlar, məkanlar və fürsətlər bir xəritədə. Tətbiq yayımlanır, brend sıfırdan qurulur. PEAKPİN MMC-nin Marketinq və Brend şöbəsinə SMM mütəxəssisi axtarırıq — səhifələri sıfırdan quran və böyüdən mütəxəssis.
NƏ EDƏCƏKSİNİZ
- Instagram, TikTok və Facebook hesablarını sıfırdan qurmaq və böyütmək
- Aylıq kontent planı hazırlamaq: post, story, reels
- Tətbiqin funksiyalarını (ad günü bildirişləri, pik anlar, fürsətlər, PinBox, Kampaniya, Tədbir və s.) sadə və cəlbedici dildə göstərmək
- Reels çəkmək və montaj etmək — məkanlarda və ofisdə
- Bakı məkanları ilə birgə paylaşımlar və mini-kampaniyalar təşkil etmək
- Şərh və mesajlara cavab vermək, icma qurmaq
- Hədəfli reklam kampanyalarını qurmaq və nəticələri həftəlik hesabat kimi təqdim etmək
TƏLƏBLƏR
- SMM sahəsində ən azı 1 il təcrübə — apardığınız səhifələri göstərə bilməlisiniz
- Reels/TikTok formatını bilmək, mobil montaj (CapCut və ya bənzəri)
- Canva və ya bənzər dizayn aləti
- Azərbaycan dilində səlis və səhvsiz yazı; rus dili üstünlükdür
- Meta Ads Manager ilə iş təcrübəsi üstünlükdür
- Startap ritminə uyğunluq: sürətli sınaq, sürətli düzəliş
NƏ TƏKLİF EDİRİK
- Rəsmi əmək müqaviləsi, ƏMAS qeydiyyatı
- Əmək haqqı: 800+AZN
- Brendi sıfırdan qurmaq imkanı — hər şey sizin əlinizlə başlayır
- Birbaşa direktorla iş, uzun təsdiq zənciri yoxdur
- İş qrafiki: B.e–Cümə 09:00–18:00, ofis + məkanlarda çəkilişlər
MÜRACİƏT
CV ilə birlikdə işlədiyiniz 2–3 səhifənin linkini və ya bir neçə proyektinizi göndərin. Portfoliosuz müraciətlərə baxılmayacaq.