📢 VAKANSİYA — SATIŞ MENECERİ / VÖEN XİDMƏTLƏRİ ÜZRƏ MÜŞTƏRİ XİDMƏTLƏRİ
VÖEN.az komandamıza müştərilərlə ünsiyyət quracaq, daxil olan müraciətləri cavablandıracaq və xidmətlərimiz haqqında məlumat verərək müştəriləri aidiyyəti üzrə mühasibə yönləndirəcək Satış Meneceri axtarırıq.
🔹 Əsas vəzifələr:
• Müştərilərdən daxil olan zəng və mesajları operativ cavablandırmaq
• VÖEN, vergi və mühasibatlıq xidmətləri ilə bağlı ilkin məlumat vermək
• Müştərinin ehtiyacını müəyyənləşdirərək uyğun xidmətləri təqdim etmək
• Xidmətlər üzrə satış prosesini həyata keçirmək
• Müraciət edən müştəriləri aidiyyəti üzrə mühasibə yönləndirmək
• Müştərilərlə nəzakətli və peşəkar ünsiyyət qurmaq
• Daxil olan müraciətləri qeydiyyata almaq və nəticəsini izləmək
• Potensial müştərilərlə əlaqə saxlayaraq xidmətlər haqqında məlumat vermək
• Satış planlarının və müəyyən edilmiş göstəricilərin yerinə yetirilməsində iştirak etmək
🔹 Namizədə tələblər:
• Satış və müştəri xidmətləri sahəsinə maraq
• Azərbaycan dilində səlis danışıq və yazı bacarığı
• Güclü ünsiyyət və inandırma bacarığı
• Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq
• Komandada işləmək bacarığı
• VÖEN, vergi və mühasibatlıq sahəsi üzrə ilkin anlayışın olması üstünlükdür
• MS Office proqramlarını bilmək üstünlükdür
• Satış təcrübəsi olan namizədlərə üstünlük verilir
💰 Əmək haqqı: 200 AZN fiks + bonus
🕐 İş rejimi: Part-time
📍 İş yeri: Neftçilər metro stansiyası yaxınlığı
📩 Müraciət üçün: CV-nizi metaedu.hr@gmail.com ünvanına göndərin.
📌 Müraciət edən şəxslərin “Satış Meneceri – VÖEN xidmətləri” qeyd etməsi xahiş olunur.