Şirkət haqqında:
Texnoera Academy — IT, Data və rəqəmsal sahələr üzrə müasir təhsil və təlimlər təqdim edən tədris mərkəzidir. Komandamıza sosial media hesablarımızın idarəçiliyini üzərinə götürəcək, kreativ və təşəbbüskar Sosial Media Meneceri axtarırıq.

Əsas vəzifələr:
* Sosial media üçün həftəlik və aylıq kontent planı hazırlamaq;
* Hədəf auditoriyanı və trendləri araşdıraraq kreativ kontent ideyaları yaratmaq;
* Reels və Stories üçün ssenari hazırlamaq, mobil çəkilişlər etmək və montajlamaq;
* Dizayner və çəkiliş komandası ilə işi koordinasiya etmək;
* Sosial media nəticələrini analiz etmək və kontent strategiyasını təkmilləşdirmək.

Tələblər:
* SMM sahəsində minimum 1 il təcrübə;
* Portfolio mütləqdir;
* Kreativ düşüncə və ssenari/post mətnləri yazmaq bacarığı;
* Mobil çəkiliş və CapCut/VN kimi proqramlarda montaj bacarığı;
* Komanda ilə effektiv ünsiyyət və işləmək bacarığı;
* Təşəbbüskar, məsuliyyətli və operativ olmaq.

Bizim üçün əsas: Tapşırıq gözləmədən müstəqil ideya yaradan və sosial media prosesini tam idarə edə bilən mütəxəssis.

İş şəraiti:
* İş qrafiki: Həftədə 5 gün (12:00–20:00) | Şənbə: 11:00–15:00
* Ünvan: Elmlər m/st yaxınlığı, Almaz Park
* Əməkhaqqı: Namizədin təcrübə və bacarıqlarına əsasən müəyyən edilir.

 

Müraciət üçün: CV və portfolionuzu hr@texnoera.edu.az ünvanına mövzu hissəsində “SMM” qeyd edərək göndərin.

Maaş

Razılaşma ilə

Aylıq esasinda

Məkan

Bakı, Həsən Məcidov 14, Almaz Park

İşə Baxış
Elan əlavə edildi:
16 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Tam ştat
İş Rolu
Təhsil
İstənilən
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Həsən Məcidov 14, Almaz Park